ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Qoymur ağlamağa kişilik bizi... Ağlayır, hardasa bir qız ağlayır... - Günün şeiri
ƏDƏBİYYAT
18.06.2022, 15:18 Oxunub: 59661001info.az "Günün şeiri" rubrikasında unudulmaz şair-yazıçı Davud Nəsibin həzin duyğu dolu notlar üzərində yazılan şeirini təqdim edir.
BİR QIZ AĞLAYIR
Qılınctək qınından sıyrılır gecə,
Nə vaxt ki, gün kimi məhəbbət batır.
Hər insan qəlbində sakit, gizlicə
Qıvrıla-qıvrıla bir sevgi yatır.
Elə bil, çay kimi quruyuruq biz,
Sevgisiz, dünyadan yarımayırıq.
Dünyanı alovdan qoruyuruq biz,
Lakin məhəbbəti qorumayırıq.
…Doğranır ürəkdən o, dilim-dilim,
Eşqi sinəsini yarır, dağlayır.
Nə qədər uzatsam, çatmayır əlim,
Deyirəm yad kimi: bir qız ağlayır.
Onun qəlbindədir gizlidir yaşı,
Baxır, köks ötürür damla yerinə.
Dumanlar içində itsə də başı,
Sadiqdir o gözəl yenə ərinə.
Od yanır gözlərin zil qarasında,
Quruyub göz yaşı, silməyir o qız.
Qalıbdır od ilə, su arasında:
Yansınmı? Sönsünmü? Bilməyir o qız.
Çatlayıb dodağı, quruyub dili,
Qovrulur məhəbbət ocağında o.
Onu elə tutub hicranın əli, -
Çırpınır quş kimi qucağında o.
Nəmli gözlərini gizli silir ki,
Görüb deməsinlər: bir qız ağlayır.
O bəlkə bilməyir, elə bilir ki,
Eşqə, məhəbbətə yalqız ağlayır.
Deyirlər, tutulur sevənin gözü,
Sinədə bir ürək coşur, çağlayır.
Qoymur ağlamağa kişilik bizi,
Ağlayır, hardasa bir qız ağlayır.