usd-1.7000 eur-1.8246 rub-0.0185
Bakı 13°C 12.29 m/s
Son xəbərlər
03-05-2024
01-05-2024
30-04-2024
29-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qurban Qurbanov: “Xankəndidə oynamağa hazırıq"

details

İDMAN

31.10.2023, 13:37 Oxunub: 1096

"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Çox da istəkli idilər. Futbolçularımın oyuna ilk dəqiqələrdən yanaşmasından narazı qaldım. Amma belə oyunlar, nəticələr bu arada gözləniləndir. Başqa sözüm yoxdu, qarşıdakı oyunlara hazırlaşacağıq".

    1001info.az  525.az-a istinadən  xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda "Araz-Naxçıvan"a məğlub olduqları (1:2) matçdan sonra təşkil olunan mətbuat konfransında eyib:
Mütəxəssis komandasında yorğunluğun olduğunu deyib: "Bir az psixoloji gərginlik və fiziki yorğunluq var idi. Oyuna daha ciddi yanaşmaq lazım idi. Belə hallar olur. Qarşıdakı oyunlarda bunları aradan qaldırmağa çalışacağıq. Komanda bir az oyun ritmindən düşüb".
O, buraxdıqları qollar haqqında da danışıb: "Texniki səhvdir. Qol olmayası yerdən vurdular. İkinci qolda hörmətli hakimlərimiz cərimə zərbəsi verməli idilər. Rəqib Yankoviçə qarşı qaydanı pozmuşdu. Nəsə desək dəyişən bir şey olmayacaq. Son dəqiqələrdə belə qollar dəfələrlə görmüşük. Həkimlər diqqətli olmalıdır. Rəqib komandanın məşqçiləri çox istəkli kollektiv yaradıb. Nəticələri boşuna deyil".
Q.Qurbanov "Qarabağ"ın Xankəndidə oyunlar keçirəcəyi deyilir. Bu, cari mövsümdə nə dərəcədə realdır" sualına bu cür cavab verib: "Bu, mənə aid olmayan sualdır. Çünki, dövlət səviyyəsində verilməli olan qərardır. Əgər belə qərar verilsə, biz orada oynamağa hazırıq".
Mütəxəssis komandasının mövsümə uğursuz start verməsi haqqında sualı da cavablandırıb: "Məğlub oluruqsa, səbəbini özümüzdə axtarmalıyıq. Bəzən rotasiyalar özünü doğrultmur. Futbolun qanunlarıdır. Böyük klublar da məğlub olurlar".
Q.Qurbanov Adama Diakabinin adını artıq Avropa Liqasının qarşıdakı oyunları üçün UEFA-da sifariş ərizəsinə daxil etməyin mümkün olmadığını bildirib: "UEFA-da limit bağlanıb. Yanvar ayına kimi heç bir oyunçunu siyahıya əlavə edə bilmərik"

Digər xəbərlər