usd-1.7000 eur-1.9729 rub-2.0219
Bakı 19°C 2.98 m/s
Son xəbərlər
06-09-2026
05-09-2026
25-08-2026
24-08-2026
08-08-2026
30-07-2026
25-07-2026
23-07-2026
21-07-2026
08-07-2026
07-07-2026
03-07-2026
28-06-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Rəcəb Tayyib Ərdoğan tibb xidməti polkovniki Niyaməddin Ağamalıyevi təltif edib.

details

GÜNDƏM

26.04.2023, 13:35 Oxunub: 2239

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş hərbi tibb personalımızın rəhbəri Türkiyə dövləti tərəfindən mükafatlandırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tibb xidməti polkovniki Niyaməddin Ağamalıyevi “Türkiyə Cümhuriyyəti dövlət üstün fədakarlıq medalı” ilə təltif edib.
Qardaş ölkədə baş vermiş güclü zəlzələ nəticəsində Azərbaycan Ordusunun hərbi tibb personalının Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə isə ambulator yardım göstərib

 

Digər xəbərlər