ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Sərvər Bəşirlinin yardım maşını 9 yaşlı Zarina Məcidlinin rənglər dünyasında... Bu rəsm çox danışılacaq
MƏDƏNİYYƏT, FOTOBAXIŞ
18.02.2023, 17:19 Oxunub: 4867Qardaş ölkədə baş verənlər böyüklü-kiçikli bütün xalqımızı üzdü, dərin kədərə səbəb oldu. İnsanlar təbii fəlakətin nəticələrini ekrandan izləyib göz yaşı töküb, bacardığı qədər yardım etməyə tələsdilər.
Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım toplanıldığı zaman "Jiquli"si ilə yardım məntəqəsinə əşya daşıyan zaman çəkilən bir fotosu ilə Laçın qaçqını Sərvər Bəşirli fenomenə çevirdi... Onun bu hərəkəti cəmiyyədə səs doğurdu, alqşılandı...
1001info.az xəbər verir ki, Sumqayıtda yaşayan 9 yaşlı Zarina Ruslan qızı Məcidli də bu fotodan duyğulanaraq gözəl bir rəsm çəkib. Bu balaca istedadlı qızın bu dəfə qəhrəmanı Sərvər Bəşirli olub. Zarina həssas duyğularını fırçasından süzülən boyalar ilə vurğulayıb. Onun bu mövzuya müraciət etməsi qəlbinin çırpıntilarını, qardaş ölkədə yaşananlara, həmyaşıdlarının faciəsinə biğanə olmadığını, üzüntüsünü ifadə edir. Əslində bu yaşının azlığına baxmayaraq Zarinanın daxili dünyasının çox zəngin olduğunu göstərir.
İnanırıq ki, İllər sonra Zarinanın rəsm əsərləri, kompozisiyaları dünyanın böyük rəsm qalareyalarını bəzəyəcək.
Qeyd edək ki, Zarina Məcidli məşhur idman xadimi, 5 qat dünya çempionu Ehram Məcidovun qardaşının övladıdır.