usd-1.7000 eur-1.8459 rub-0.0200
Bakı 25°C 15.59 m/s
Son xəbərlər
14-07-2024
10-07-2024
09-07-2024
08-07-2024
05-07-2024
04-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"Xalq Nəzarəti" dərgisinin xüsusi buraxılışı Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub

details

CƏMİYYƏT, FOTOBAXIŞ

16.10.2023, 10:25 Oxunub: 3113

        Heydər Əliyev-100

                             "Xalq nəzarəti"- 25

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ölkəmizin hər yerində xüsusi sevgi və məhəbbətlə qeyd olunur, əziz xatirəsi hər yerdə böyük hörmətlə yad edilir. 

 Bu günlərdə 25 illik fəaliyyətini qeyd edən “Xalq nəzarəti“ dərgisi də  Ulu Öndərə olan sonsuz ehtiram və sevgisini xüsusi buraxılış nəşr etməklə ifadə edib. 
Bu münasibətlə “Zuzu” restoranında möhtəşəm tədbir baş tutub. Tədbir Vətənimizin azadlığı uğrunda canından keçib ən ali məqama yüksələn şəhidlərimizin xatirəsini  bir dəqiqəlik sükutla yad edərək başlanıb.

Tədbirin aparıcısı Kəmalə Mirzəyeva bildirib ki, musiqili ədəbi- bədii tədbir Dahi liderin 100, dərginin  25 illiyinə həsr olunub. Daha sonra dərginin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. 

“Xalq nəzarəti” dərgisin təsisiçisi və baş redaktoru “Alman- Azərbaycan” birliyinin rəhbəri  İnsaf  Əliyeva  çıxış edərək bildirib ki, 2000-ci ildən nəşr edilən “Xalq Nəzarəti” Aylıq Beynəlxalq ictimai-siyasi hüquq jurnalının məqsədi dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımızın rifahı və dövlətimizin daha da inkişafı yönündə apardığı daxili və xarici siyasətini dəstəkləyərək cəmiyyətə çatdırılmasına yardımçı olmaqdır. Jurnalın ən böyük vəzifəsi respublikamızda baş verən yenilikləri, ictimai-siyasi həyatımızda qazanılan uğurları ölkəmizlə yanaşı, beynəlxalq aləmdə də geniş oxucu kütləsinə çatdırmaq, Azərbaycan elmini və mədəniyyətini təbliğ etməkdir.

Tədbirdə akademik Teymur Kərimli, şərqşünas alim Əsmətxanım Məmmədova, professorlar  Məhbubə Vəliyeva, Hüseynbala Mirələmov, Əbülfəz Babayev, Hadı Rəcəbli, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi iB vitse prezidenti Hacı Quliyev , beynəlxalq dərəcəli hakim Hicran Şərifov və başqaları çıxış ediblər. 

Çixişlarda vurğulanıb ki, Ulu Öndən Heydər Əliyevin 100 illiyi   ilə bağlı böyuk tirajla işıq üzü görən jurnalı   bu əlamətdar hadisəyə böyük bir töhfə hesab etmək olar. Tədbir əməkdar artistlər Gülüstan Əliyeva, Elza Seyidcahan Və Muğam Müsabiqəsi qalibi Pərviz Qasımovun ifaları ilə sona çatıb.

 

Digər xəbərlər