usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Zəhmətlə Zəfərə doğru»... - Hicran Şərifovun həyat hekayəsi 

details

İDMAN

27.11.2023, 13:58 Oxunub: 2775

1001info.az  “Son illərin maraqlı kitabları” rubrikasında “Zəhmətlə Zəfərə doğru» kitabını təqdim edir.

"Zəhmətlə zəfərə doğru" kitabında "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmuş, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, əməkdar məşqçi, beynəlxalq dərəcəli, Olimpiya kateqoriyalı hakim, London Yay Olimpiya Oyunlarının "Qızıl Fit" mükafatçısı Şərifov Hicran İbrahim oğlunun keçdiyi şərəfli həyat yolundan, səmərəli fəaliyyətindən, beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil etməsindən və bu yolda göstərdiyi xidmətlərdən bəhs olunur.

“Zəhmətlə zəfərə doğru” kitabında Hicran Şərifovun ayrı-ayrı müsahibələri, tanınmış idman xadimlərinin, dostlarının  onunla bağlı fikirləri yer alıb.

Kitabı uğurlu karyera qurmaq istəyən gənclər üçün sanballı mənbə kimi qiymətləndirmək olar.

Müsahibələrinin  birində  müəllim, məşqçi,  hakim kimi fəaliyyət göstərən Hicran Şərifov deyir:

-    “Zəhməti sevirəm, mən öz əziyyətimlə bu günə gəlib çıxmışam. Müəllimlik sevdiyim peşədir, öyrətməyi sevirəm, bu gün polis olduğum üçün fəxr edirəm, Hakiməm, neçə-neçə sözünü demiş idmançılara ta uşaq yaşlarından hakim, müəllim, məşqçi olmuşam.Bütün işlərimlə Vətənə, dövlətə qulluq edirəm və bununla da fəxr edirəm.”

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


 

Digər xəbərlər