ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Afiyəddin psixiatriya xəstəxanasında məcburi müalicədədir” - Rəsmi

HADİSƏ
01.02.2024, 11:34 Oxunub: 2268“Görüntüləri yayılan Əli-Afiyəddin Cəlilov sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir”.
1001info.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, 2009-cu il təvəllüdlü yeniyetmənin müalicəsi davam etdirilir: “Yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur”.
Qeyd edək ki, dünən A.Cəlilovun sosial şəbəkədə yeni video paylaşması barədə iddialar yayılmışdı.
Xatırladaq ki, sosial şəbəkələrdə çəkdiyi videolarla narazılıq yaradan şəxs yanvarın 29-da valideyni ilə birgə polis idarəsinə dəvət olunub. Yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
