ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Ağa Musa Nağıyev:Tarix yazan binalar” sənədli filminin təqdimatı olub
TARİX
25.10.2023, 14:08 Oxunub: 3637Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində “Milli Dəyərlərin Qorunması” İctimai birliyinin ərsəyə gətirdiyi “Ağa Musa Nağıyev:Tarix yazan binalar” sənədli filminin təqdimatı olub. Sənədli film Bakı milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyevin XX əsrin əvvəllərində Bakıda tikdirdiyi binalardan – İsmailiyyə və “Qış evi”ndən bəhs edir.
Fİlmdə əsas məqsəd bu tarixi binaların şahid olduqları tarixi prosesləri cəmiyyətə bir daha tanıtmaqla Az\ərbaycan tarixinin indiyədək oxunmayan səhifələrini açıqlamaq, milli-mənəvi dəyərlərimizdən olan xeyriyyəçilik ənənələrini təbliğ etməkdir. Filmin layihə rəhbəri Ağa Musa Nağıyevin nəvəsi Tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva, rejissoru Etibar Məmmədovdur.
Filmin təqdimat mərasimində tanınmış elm xadimləri, hərbiçilər, sənət insanları, mətbuat nümayəndələri iştirak ediblər.
Çıxış edənlər çətin, lakin şərəfli ömür yaşayan, taleyin hökmü ilə sınaqlara məruz qalan Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətindən danışdılar, sənədli filmi geniş tamaşaçı kütləsinə dəyərli töhfə kimi dəyərləndirdilər.