usd-1.7000 eur-1.7890 rub-1.5962
Bakı 7°C 4.12 m/s
Son xəbərlər
27-11-2024
26-11-2024
23-11-2024
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Aras Bulut İynemli Mustafa Kamal Atatürkü canlandırdığı “Atatürk 1881-1919” filminin qala gecəsində

details

MƏDƏNİYYƏT

26.10.2023, 13:54 Oxunub: 1467

Məşhur türkiyəli aktyor Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: “Özümə gələ bilmədim…”


Məşhur türkiyəli aktyor Aras Bulut İynemli Mustafa Kamal Atatürkü canlandırdığı “Atatürk 1881-1919” filminin qala gecəsində çəkilişlərlə bağlı yaşadıqlarından danışıb.
Filmdə Atatürk obrazını canlandıran aktyor çox həyəcanlı olduğunu ifadə edib.
“Həyəcanlı deyiləmmiş kimi davrana bilməyəcəyəm. Çox böyük məsuliyyət daşıyan bir layihənin içindəyəm. Dünyanın ən böyük və ən hörmətli liderlərindən birinin hekayəsindən bəhs etdik. Cümhuriyyətin 100-cü ildönümündə Mustafa Kamal Atatürkün gəncliyini oynamaq şansım oldu. Buna görə də mənim yalnız bir motivasiyam var idi - layiq olmaq. Bunun üçün çox çalışdıq. İki il yarımlıq əməyin sonunda burada qarşınızdayıq”, - deyə o bildirib.
Aras Bulut İynemli onu ən çox təsirləndirən səhnədən danışıb.
“Məni ən çox təsirləndirən səhnələrdən biri barədə danışmaq istəyirəm. Atatürkün 1934-cü ildə Anzak analarına yazdığı bir məktub var. Biz o məktubdan Çanaqqala müharibəsinin sonunda istifadə etdik. O səhnəni çəkməzdən əvvəl 15 dəqiqə özümə gələ bilmədim. Bu səhnə, deyəsən, ikinci filmdə olacaq, orada görəcəksiniz. Film əslində altı hissəli bir serial idi, lakin sonradan dəyişiklər oldu və iki filmə çevrildi”, - deyə o bildirib.
Qeyd edək ki, “Atatürk 1881-1919” filminin qala gecəsi baş tutub. Tədbirə Aras Bulut İynemli ilə yanaşı, Songül Öden, Esra Bilgiç, Mehmet Günsür, Sarp Akkaya, filmin rejissoru Mehmet Ada Öztekin, prodüseri Saner Ayar, Mustafa Kamal Atatürkün uşaqlığını canlandıran Emre Mete Sönməz, Stiliyan Kovaçev obrazını canlandıran Darko Periç, həmçinin çox sayda kino və mətbuat nümayəndəsi qatılıb.
Eyni zamanda tədbirdə filmdə istifadə olunan geyimlər də nümayiş etdirilib.

 

Digər xəbərlər