usd-1.7000 eur-1.9627 rub-2.0178
Bakı 25°C 0.55 m/s
Son xəbərlər
06-09-2026
05-09-2026
25-08-2026
24-08-2026
08-08-2026
30-07-2026
25-07-2026
23-07-2026
21-07-2026
08-07-2026
07-07-2026
03-07-2026
28-06-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Azerbaijan Fashion Week - 2023” moda həftəsi keçiriləcək

details

MƏDƏNİYYƏT

28.11.2023, 13:36 Oxunub: 1074

Noyabrın 29-dan dekabrın 3-dək Bakıda “Azerbaijan Fashion Week - 2023” moda həftəsi keçiriləcək.

Builki tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Yaradıcı Həftə" çərçivəsində təşkil olunub. Tədbir xarici həmkarların milli və regional brendlərin, mal və xidmətlərin populyarlaşdırılması üçün birgə əməkdaşlığa cəlb edilməsinə imkan yaradacaq.

1001info.az xəbər verir ki, layihə milli brendlərin yerləşdirilməsi və təşviq edilməsi məsələlərinə yönəldilib. Bu tədbir moda dizaynerləri, bayerlər, yerli və xarici media nümayəndələri və moda sənayesinə yaxın olan digər mütəxəssislərin əməkdaşlığını birləşdirən platformadır. Bundan əlavə, o, moda sektorunun inkişafına təkan verəcək və bütövlükdə moda, dizayn və mədəniyyət sahəsində mövcud problemlərin həlli vasitələrinin təkmilləşdirilməsinə kömək edəcək.
Moda dünyasındakı sürətli dəyişiklikləri nəzərə alaraq, “Azərbaycan Moda Həftəsi” çərçivəsində “Azerbaijan Fashion Forward” müsabiqəsinin təqdimatı keçiriləcək. Həmçinin tanınmış modelyer Orxan Sultanın gənc modelyerlər üçün master-klassı təşkil olunacaq. Tədbir dekabrın 2-si saat 12:00-da "Creative hub" Təhsil-İnkubasiya Mərkəzində keçiriləcək.
“Azərbaycan Moda Həftəsi” dekabrın 3-ü saat 19:00-da “The Ritz-Carlton” otelində keçiriləcək 15-ci Yubiley moda nümayişi ilə başa çatacaq. Podiumdakı kolleksiyaları yalnız Azərbaycandan deyil, həm də yaxın xaricdəki Rusiya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan kimi dost ölkələrdən olan dizaynerlər təqdim edəcəklər.
Azərbaycanda moda həftələrinin keçirilməsinə start verən “Azerbaijan Fashion Week” layihəsinin ilk mövsümü 2015-ci ilin may ayında keçirilib.

Digər xəbərlər