usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 21°C 1.61 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Azərbaycanın 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq

details

İDMAN

23.04.2023, 15:53 Oxunub: 1823

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulacaq.

1001info.az -ın məlumatına görə, yarışın son günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi medal görüşünə çıxacaq.
60 kq-da mübarizə aparan Nihat Məmmədli təsəlliverici qarşılaşmada macarıstanlı Erik Torba ilə qarşılaşacaq.
67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov finalda gürcüstanlı Coni Xetsurianini sınağa çəkəcək.
72 kq-da Ülvü Qənizadə də qızıl medal görüşünə çıxacaq. Onun rəqibi fransalı İbrahim Qanem olacaq.
Nəhayət, 82 kq-da yer alan Rafiq Hüseynov bürünc medal uğrunda Branko Kovaçeviç (Serbiya) / Roland Şvarts (Almaniya) cütünün qalibi ilə güləşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) finalda uduzaraq, gümüş medalla kifayətləniblər.
Sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb.

Digər xəbərlər