ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Beynəlxalq Buker Mükafatının qalibi məlum olub

MƏDƏNİYYƏT, ƏDƏBİYYAT
24.05.2023, 11:27 Oxunub: 2454Nüfuzlu ədəbiyyat mükafatlarından biri olan Beynəlxalq Buker Mükafatının qalibi məlum olub.
1001info.az xarici mediaya istinadən xəbər verir ki, bolqar nasir və şair Georgi Qospodinov “Time Shelter” (Zaman sığınacağı") romanına görə ingilis dilində ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatı 2023-ün qalibi olub.
Mükafatı alan 55 yaşlı yazıçı romanını “yaddaş və zaman” haqqında hekayə adlandırıb.
Mükafatın qalibinə 50,000 funt sterlinq (62,000 dollar) veriləcək. Mövcud qaydalara görə, o, pul mükafatını amerikalı Angela Rodel tərəfindən hazırlanmış kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşməli olacaq.
Qeyd edək ki, bundan əvvəl bolqar dilində yazılmış kitab Buker mükafatına namizəd olmayıb.
Beynəlxalq Buker Mükafatı 1969-cu ildə təsis olunub və əvvəllər iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.

Digər xəbərlər

