usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Dünyanı formalaşdıran 10 ən nüfuzlu insan

details

TARİX

17.04.2023, 12:20 Oxunub: 2593

Dünyanı formalaşdıran 10 ən nüfuzlu insan - ARAŞDIRMA

 

"Dünyanı Formalaşdıran 100 Ən Nüfuzlu İnsan" və ya ilkin olaraq "100: Tarixin Ən Nüfuzlu Şəxslərinin Sıralaması", amerikalı astrofizik və yazıçı Maykl H. Hart tərəfindən 1978-ci ildə nəşr olunmuş kitabdır. Müəllif Maykl H.Hart kitabdakı adları həmin şəxsin hərəkətlərinə görə bəşər tarixinin gedişatının necə dəyişdiyinə dair sıralamağa çalışıb.

1001info.az 525.az-a istinadən  bu kitabdan dünyanı formalaşdıran ən nüfuzlu 10 şəxsi təqdim edir.

10. Albert Eynşteyn - Onun 1900-cü illərin birinci yarısında apardığı riyazi araşdırmalar nəticəsində əldə etdiyi nisbilik nəzəriyyəsi və özü ilə gətirdiyi kütlə-enerji ekvivalenti olan (E = mc2) tənliyi kvant mexanikası və fəza-zaman anlayışlarını anlamaqda elm və fizika dünyası üçün böyük bir addım olub.

9. Xristofor Kolumb - İspan İmperiyasının maliyyə yardımı ilə Köhnə Dünyalara Amerika qitəsini araşdırmaq imkanı verərək coğrafi kəşflər dövrünün ən böyük kəşfini edən səyyah, kolonist və kəşfiyyatçı idi. Eyni zamanda, onun, bu kəşfilə dünya müstəmləkəçilik dövrünə qədəm qoymuşdur.

8. İohann Qutenberq - O, insanların məlumat yayması və saxlaması üçün indiyə qədər icad edilmiş ən böyük texnoloji alət olan mexaniki çap maşınının ixtiraçısı idi ki, bu da kitabların getdikcə daha sürətli çap olunmasına və bununla da məlumatın daha sürətli yayılmasına səbəb olur. Bəşəriyyətə verilən bu töhfə İntibah və Maarifçilik dövrünün reallaşmasını sürətləndirdi.

7. Çay Lun - O, insanların informasiya saxlaması üçün lazım olan ən əsas material olan kağızı icad etməklə böyük təsir bağışlayan ixtiraçı idi.

6. Müqəddəs həvari Pavel - O, həvari və ilk xristian missioner idi. Uzun sürən mübarizələr nəticəsində Pavel, yeni yaranmış xristian dinini yəhudi torpaqlarından kənarda yayaraq onu çoxmillətli dinə çevirmiş və Roma İmperiyasının xristianlaşdırılmasında əsas rol oynamışdır.

5. Konfutsi -  Konfutsi, öz düşüncələri və təlimləri ilə dövrünün dünyasında, Koreya, Yaponiya, Vyetnam və İndoneziya kimi Asiya ölkələrində, xüsusən də Çində dərin iz qoyan bir filosof, konfutsiçiliyin banisi idi.

4. Budda - O, filosof, bu gün dünyada dördüncü ən böyük din olan və 500 milyondan çox ardıcılı olan Buddizmin banisi, həm də qədim Hindistanda ruhani lider idi.

3. Hz. İsa - İsa, dini və mənəvi lider idi. Bu gün o, 2,4 milyarddan çox ardıcılı ilə dünyanın ən sıx dini olan xristianlığın mərkəzi fiqurudur. Xristianlar tərəfindən Məsih Allahın oğlu və Allahın təcəssümü hesab olunur.

2. İsaak Nyuton - Nyuton alim, riyaziyyatçı, astronom, təbiət filosofu, kimyagər və ilahiyyatçı idi. Universal cazibə qanunu və üç hərəkət qanunu ilə klassik fiziki mexanikanın əsasını qoydu və onun təsiri elm tarixində mühüm mərhələlərdən birinə çevrildi.

1. Hz. Məhəmməd (s.a.v) - Məhəmməd peyğəmbər siyasi, hərbi, dini lider idi və müsəlmanlar tərəfindən Allahın peyğəmbəri və sonuncu elçisi kimi qəbul olunur. Bu gün o, 2 milyarddan çox insanın inandığı dünyanın ikinci ən sıx dini olan İslamın qurucusu və mərkəzi fiqurudur. Həmçinin sosial islahatçı, diplomat, tacir, filosof, natiq, qanunverici və hərbi rəhbər kimi də fəal idi.

Digər xəbərlər