usd-1.7000 eur-1.8459 rub-0.0200
Bakı 27°C 15.23 m/s
Son xəbərlər
14-07-2024
10-07-2024
09-07-2024
08-07-2024
05-07-2024
04-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Elza Seyidcahandan növbəti möhtəşəm konsert proqramı

details

MƏDƏNİYYƏT

02.11.2023, 12:21 Oxunub: 981

1001info.az xəbər verir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində 8 noyabr – ZƏFƏR gününə və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə  həsr olunmuş möhtəşəm konsert olub. 

“ŞANLI ZƏFƏR” adlı konsert hərbi qulluqçular üçün təşkil edilib. Tədbir Azərbaycan himninin səslənməsi və şəhidlərin ruhunun sükutla yad edilməsi ilə başlanıb. Konsertdə əməkdar artist , bəstəkar-müğənni Elza Seyidcahan repertuarından ən gözəl ifaları səsləndirib. Sənətçi konsertin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edib, Azərbaycan Ordusu ilə fəxr etdiyini söyləyib. Elza Seyidcahan  Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Silahlı Qüyvələrimizin Ali Baş Komandanı İlham Əliyevin gərgin əməyi və davamlı qayğısı dayandığını xüsusi vurğulayıb.

Vətənpərvərlik ruhunda  keçən gecədə xalq artistləri Zabit Nəbizadə, Mələkxanım Əyyubova, Məleykə Əsədova , əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova  Elza Seyidcahanın sevilən nəğmələrini ifa ediblər. Tədbirdə millət vəkilləri, tanınmış idman xadimləri, mətbuat nümayəndələri də iştirak ediblər.

“ŞANLI ZƏFƏR” konsert proqramı alqışlarla qarşılanıb.

Digər xəbərlər