usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Heyvanlar içində Qurdlar, İnsanlar içində Türklər kimsəyi arxadan vurmazlar - Məlahət İsmayılqızı yazır

details

TARİX

01.12.2022, 15:19 Oxunub: 4105

 

     TÜRKÇÜLÜYÜN FƏLSƏFƏSİ..

                      SÜRÜKLƏNƏN BƏŞƏRİYYƏT...

                        Fərqli Olan Qələbəlikdə,
               İşıqlı olan qaranlıqda gizlənə bilməz !

Vətən, Vətən, Vətən! Dil, Dil, Dil! Millət, Millət, Millət!
Dəxi bu dairələrdən kənar bənsi- bəşər üçün nicat yolu yoxdur - M. Cəlil

    İndinin siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görür- Ömər Faiq Nemanzadəyə məxsus bu deyimdən nəticə çıxarılma vaxtıdır...
  Nədir millətçilik, doğurdanmı  türkçülük bir millətçilik bu ? Türk olmaq Vətən sevğisi, millət sevgisi, milli birlik, təəssübkeşlik, öz millətini deyil, öz evini, kandarını, ailəsini, qonşusunu və s. sevmək, bu uğurda mübarizə demək.Türk və türkçülük bu mərhəmət demək...Mərhəmət adlı ali duyğudur İnsanı İnsan edən. Əgər bu günkü Türkiyə və Azərbaycan  uğruna mübarizə başlarsa türk öz inancı- inadı uğruna mücadilədə öndə olacaq. Onu da unutmayaq ki, “Din seçimdir, Türklük isə Qədərdir- Ə. Yasəvi”. Bizlər millət olaraq İslam olmadan öncə Türk idik. Bəli tərəqqi, təşəkkül etmək üçün millərçi olmaq tələb olunur, bunu zaman istəyir, bu zamanın tələbi.
   Bayden Amerikası- Avropa Qərb aləmi  bu günlər tək müsəlman dünyası ilə deyil, bütün türk- müsəlman dünyası ilə aşkar mübarizə və müharibə siyasəti yürüdür. Və türk dünyası üçün açıq- aşkar qurğular qurmaqla məşğuldurlar...
   Yazıya nədən “Türkçülüyün fəlsəfəsi - Sürüklənən bəşəriyyət” adını versəm də, vəziyyət- əslində yan- yörəmizdə cərəyan edən hadisələr çox sürətli, dəyişkən, məkrli oyunlardan ruh alaraq bir sürü şəri- şarlatanlar dəstəsinin Vətən Eşqi ilə qovrulan Azərbaycan- Türkiyə birliyi və birliyin özəlliyindən gözləri qamaşan kin- nifrət dolu xaç- xristian dünyası və onlara dəstək verən iran molla- fars rejimi, erməni daşnakları, qarışmış dünyanı yenidən çalxalamaq, öz gözündə tiri görməyən iran, fransa, rus, erməni, yunan... vay aman... Gözəlim Azərbaycan düşmənlərimiz nə çoxdur ?.. Nədən gözlərinə belə ox olduq...
Biz ki, sadəcə öz torpaqlarını işğaldan azad eliyən, erməni adlı eybəcər məxluqatın altını- üstünə çevirdiyi torpağımızı minalardan təmizləmək, viran qoyulmuş yurdlarımızı bina etmək, ocaqlarımızı abadlaşdırmaq, yalnız və yalnız sadəcə yaşamaq istəyirik. Elə məhz yalnız və yalnız sadəcə  yaşamaq istədiyin üçün Səni- türk aləmini şikara çevirmək istəyirlər, sənin böyüklüyündən, içərində yatmaqda- mürgüləməkdə olan kimliyindən qorxurlar, sənin zəlalət tozundan çırpınıb ayağa qalxacağından qorxurlar, Özünə dönəcəyindən qorxurlar... Bəs öyləsə nədən türk millətçisi olduğumuzu anlamaq lazım, yox əfəndilər, siz yaramazlar sürüsü bunu anlamazsınız, çünki, türk olmanın böyüklüyünü, mərdliyini, səxavətini, qeyrətinin mindən biri sizdə yox. 
 Birincisi, iran- molla fars rejimi yaxşısı bu ki, sən get kəsafət qoxan, orta əsrlərdən o yanlardan qalan şallaq, falaqqa, edam – bu kimi əclaf qanunlarına nəzər yetir, qız- gəlinlərin, Anaların geyimiynən nə işin var, Allahdan danışırsan, “Quran”sənə qənim olsun, pis günə qoymusunuz dinimizi, Allahın adından danışırsınız, nolub, Allahın vəkilisiniz...
  Qarabağda quruculuq işləri getdikcə iran mollalarının qarnı yaman ağrıyır. Götürək Füzuli, Laçın hava limanlarını, bu hava limanları sülh mesajıdır dünyaya Azərbaycanın. Biz yollar çəkirik, yaradıb- qururuq, işğaldan azad olunmuş torpaqlarımızı yenidən canlandırmaq, həyata qaytarmaq,  sənin qarnın niyə ağrıyır...sən bir dırnaqarası müsəlman dövləti olaraq hər zaman şər- şeytani işlərlə məşğulsan, çünki, erməni adlı yağılarla əlbir olub Azərbaycana böhtanlar deməkdən, yolumuza daş- qaya dığırlamaqdan heç çəkinmədin, heç utanmadın, dinsiz şeytanlar...Sən iran 30 il Azərbaycan torpaqlarını ermənilərlə birgə yağmaladın, ermənilər tərəfindən təhqir edilən Allah evlərini yəni görmədin, çox yaxşı gördün, çünki, sənin kimi iy verən, keçmişlərin cəhalətində  ilişib qalanlar üçün din- min yoxdur, alətdir əlinizdə, və erməni qardaşımdır deyir, düz deyirsən elə çirkinlikdə bir- birinizə neçə də oxşayırsınız...
  Hə, nə etməli bu da bizim qismətimiz, düşmənlərlə əhatə olunmuşuq, lakin əl atmağa, mane olmağa, şər torlarınızı yetirə bilmədiyiniz bir qüvvə var, adına Uca Yaradan, Tanrı, İlahi, Allah deyilir ! Və biz Azərbaycan və Türkiyənin qoruyucusu Uca Yaradan- Tanrı özüdür. Tanrı bizimlədir.
   Bizlərin- bütün Türk aləminin fəlsəfəsidir Türkçülük, Tanrıçılıq, bax buna gücünüz yetməz ! Onun nə olduğunu çirkinlik donu geyənlər  anlaya bilməz. Yeganə nicatımız həmçinin Azərbaycan- Türk birliyini qorumaq, bizi sevən İsrail, Pakistan və s yaxşı qonşu dövlətlərlə daha güclü əlaqələr qurmaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları özü dünya azərbaycanlılarını, o cümlədən Cənublu soydaşlarımıza səsləndi, Sizləri müdafiə bizim borcumuzdur. Orada yaşayan azərbaycanlılar ana dilində təhsil ala bilmir, Azərbaycanın qədim torpaqları kürd, fars əraziləri kimi göstərilir.Kökləri qədimlərdən qədimə enən dilimizi adi məişət dilinə çevirməyə can atanlar... 
   44 günlük Zəfər və Qalibiyyət dastanı yazan Sərkərdəmiz, Müzəffər Ordumuz və Ucalardan- uca Xalqımız və paxıl, rəzil qonşu. İstər- istəməz N. Gəncəvinin “Sirlər Xəzinəsi”, Xeyirlə Şərin hekayətini xatırlayıram... Nə edirsən et, min- min illərdir belədir, Xeyir hər zaman Şər üzərində qalib gəlir nəhayətində. Yenə də belə olacaq. 
  Düşmən hər zaman düşməndir, tez- tez qılafa bürünsə də, kidurətini gizlədə bilmir, atdığı hər addım iy verən xurafat qoxulu molla- fars rejimi.
  Özümə və tanıdığım maarifçi, ziyalı, ayıq insanlara hər zaman ilkin olaraq Böyük Azərbaycan mütəffəkkiri, filosofu, dramaturqu, dövlət xadimi, maarifçi  M. F. Axundovun “Kəmalüdövlə məktubları”nı oxumalarını məsləhət gördüm. Nədən ki, din adı altında insanları yaşamaq hüququndan mərhum edən min cürə İslam dininə aid olmayan xəstə təəfəkkürlərdən çıxış edərək Tanrının bərabər yaratdığı Ana- Qadınlara zülm dolu yaşamaq adlı mücərrəd həyat bəxş edən şarlatan  rejim sonunda məhvə məhkumdur. Zamanın hansı günüdür ki, qadağalarla İnsanı məhv edir, şallaq, falaqqa, edam kimi orta əsrlərdən belə o yana gedən amansız cəza üsullarından insanlığı məhvlə məşğuldur. Bax belə naqolay işlər idi Sabir ,Nemanzadə, A. Səhhət, M. Cəlil kimi kişiləri millət yolunda şam kimi əridən, mübarizəyə qoşan,  din adı altında cahillik, itaət, qul psixologiyasına milləti məhkum etmək... bu idi insanları din adı ilə qaranlıqlarda boğmaq, şəriət adı ilə qurulan rejimlərin axırı tar- mardır.
  Nə Müqəddəs kitabımız olan “Quran”ı aşağılayın, nə də ki, Peyğımbərlər adından danışın, çünki sizlərin buna ixtiyarı yoxdur... Çünki, ən azından ona görə ki, siz iran mollaları Xocalı kimi qətliamı törədən erməni əclaflarının yanında yer aldınız, onlarla bir səfdə dayandınız...Hətta sizlərin orada olduğunuz görüntülər belə mediayaya çıxarıldı.
  Qoşunlarının sərhədə yığılması, nə məsələdir, beləki, bizə məxsus olanın ermənidə qalması sizə nə yaman xoş gəlir ?!.
Antitürk- Antiqərb siyasəti çox tezliklə səni məhv edəcək iran. Əlbəttə iranın sərhəddə təlimi antiazərbaycan mesajı idi, nifrətdən qaynaqlanan hər bir əməl isə sonda məhvə məhkumdur. Bu kin haradan gəlir, Massaget Türk tayfalarının hökmdarı Tomris Anamız Kirin başını qan tuluğuna salandamı, yoxsa Qürrətüleyn Tahirə xanımım çadranı başından ataraq siz molla üzlərinə, sisteminizə tüpürdüyündənmi ? Yoxsa Babək Bəzz qalasından Xürrəmi Azadxahlarını başına toplayaraq Azadlıq uğrunda mübarizəyə qalxdığındamı. ..Bu əslində iranda yaşayan 50 milyonluq türk dünyasına olan qorxudan doğurdu...1947- ci il Azərbaycan Demokrat firqəsinin gələcəyindən- sabahından qorxaraq SSRİ –dən Stalin, İrandan Qövmüsəltənə( Səhv etmirəmsə İranın Xarici İşlər naziri),gizli  görüşərək arxadan firqəçilərə zərbələr vurdular, sonuncu rus əsgəri Araz çayını keçəndən həmən sonra Şah fars rejimi Tehrandan Təbrizə hücum etdi. Nə təəssüflər ki, tariximiz belə biabırçı xəyanətlərlə doludur.  Vaxti ilə 1947- ci ildə qalib Azərbaycan Demokrat Firqəsinin gələcəyindən qorxaraq Stalin, Amerika və Qərb dünyası ilə pıçıldaşaraq Ağsu dolaylarında qətl etdirdiyiniz S. C. Pişəvəri kimi mərd Vətənpərvərlərin Azadlıq Eşqindən idi qorxunuz. Yoxsa dar ağaclarından asdığınız Firudin İbrahimi kimi Azərbaycan Oğullarının “Təki Sən Yaşa Azərbaycan “ deyərək ölümün gözünün içinə dik baxmalarını unuda bilməzsiniz. Qorxun, yenə qorxun, lakin Azərbaycan əvvəlki deyil !Vətənimizə göz dikənin gözlərini oyarıq, Azərbaycanın Ordusu da var, Qalib Sərkərdəsi- ağıllı, bilgili, uzaqgörən, taktikanı və strategiyanı düzgün qurmağı bacaran Prezidentimiz və onların ətrafında dəmir yumruq halında birləşən Xalqımız. Tanrı bizimlədir !
                Yer də, Göy də Səninlədir,
                Sən Qalib gələcəksən !- X. R. Ulutürk. 
Xəlil Rza kimi Vətən Fədailərinə Alqış. B. Vahabzadə, Ulu Şəhriyar, M. Araz, S. Tahir...R. Behrudi , O tayda Vətəndir, bu tayda, S. M. H. Şəhriyar da bir Vətəndir, cahana, dünyaya sığmaz:
    Övladların nə vaxtadək iran üçün tərki- vətən olacaqdır,
    Ayağa dur, ya Azad  OL, ya tamam yan Azərbaycan!
Arazın nə günahı... qaniçən cəlladlar olan yerdə, şəriət adı altında İnsanlığı qul- kölə halında istismar edəndə. Rus siyasətindən bizə ərmağan olan "parçala, hökm sür”... bu gün də qalmaqdadır.
 Min illik tariximə nəzər salsaq bütün tarixi boyu Türk hökmdarlarından və türklərdən ibarət xənadanlıqlara malik İran- Səlcuqilər, Səfəvilər, Əfşarlar,Qacarlar- Türk Xənadanları deyildimilər, saraylarda Peyğəmbər dili adlanan türkcə danışmırdılarmı, Şah İsmayıl Türk oğlu Türk idi, nədən onu farslaşdırmağa çalışırsan... 
  Araz çayının üzərindəki Xudafərin... Bu adı elə hey təkrarlamaq istəyirsən, bu çay, bu körpu bir xalqı iki yerə bolsə də Arazın nə günahı, Xudafərinin nə günahı...Bu yerlər tanrı əliylə yaradılıb, körpü, çay... və hər zaman bu yerlərdən söhbət düşərkən Şah İsmayıl müridi Aşıq Qurbanını xatırlayıram, Məzənnə Piri necə salamatdımı, Aşıq- Aşiq öz sevdiyi Pəri xanımla görüşmədən bu pirə girər. Neçə ilin illəmiş ilanı  onu üzündən sancar, Pəri xanım Qurbaninin son nəfəsinə yetişər, Anası qarğış edər... Aşıq Qurbanı son beyti ilə dillərə dastan olar bir daha : Məni vurdu talx ilan, Nə işin var xalx ilən...Və hər zaman əfsanəyə dönən Aşıq Qurbanı, Gəncə xanının qızı Pəri xanım, gözüyaşlı Ana və Məzənnə piri. Tariximiz yatır burada, bu əfsanəyəbənzər həqiqətin içərisində. Tariximizə sahib çıxırıq.
 Bax elə bu “talx ilan- molla fars rejimidir. İran şəriət molla rejiminə qarşı sentyabr ayından başlayan hərəkat davam edir. Mahsa Amininin rejim polisi tərəfindən məhv edilməsi İranın bütün azadlıqsevər, fəal Fədailərini ayağa qaldırdı,  İran çalxalanır, insanlar İnsan olduqlarını bilirlər, insancasına yaşamaq ! Bu nə zorakılıq, bu nə sistem, yazıqlar olsun sizə fars mollaları...
  Milli kimliyimiz- türkçülüyümüz, Türkiyə Cümhuriyyəti kimi müttəfiqimiz, Cənab Ərdoğanın Zəngəzur dəhlizinə- Zəngilan aeroportu ilə gəlişi və mollaların Qafanda tövlə konsulluğu açmaları, bayrağına Allah yazılan, adını İslam qoyan iran... sən busan.
   Azırbaycanın Əbədi Prezidenti Bütün Türk dünyasını, Azərbaycanın milli düşüncəsi vahid Türk birliyini birgə olmağa çağırdı. Özbəkistanda Türk Birliyi dövlətlərinin birləşərək  Turan mesajı vermələri Avropanı, Qərb- Amerika başda olmaqla çalxalandılar. Nə etməli, bunlar çılğın Türklərdir. İndi tarixdə Napoleon kimi cəngəvərlər yoxdur ki, Türkə böyük Türklər qiymətini versinlər. Onu da unutmayaq ki, Napoleon korsikalı idi, fransız deyildi.                                                                        “Türklər öldürülə bilər, lakin məğlub edilə bilməzlər -Napoleon”.
  Tarixi Zəfər Qələbəsindən sonra Rezidentimiz Xudafərin körpüsündə Azərbaycan xalqını təbrik etdi. “Biz Azərbaycan olaraq türk dünyasının varisləriyik və biz ortaq türk mədəniyyətinə - ortaq Azərbaycan düşüncəsinə, birliyinə nail olmaqdayıq”. 
   Harda Vətən üçün döyünən Qəlb varsa Onun yanındayam. Məs, Şuşa gözəl olduğuna görə sevilmir, Vətən olduğuna görə sevilir.
    Fransa- Əlcəzairdə milyon yarım yerli əhalini məhv edən, soyqırıma məruz qoyan fransa... sən ömrü boyu türk- müsəlman düşmanlığı ilə məşhursan. Hətta indi gizlin şəkildə iranla əlbirsən. Ən faciəvi olanı bilirsiniz nədir, demokratiyadan dəm vuraraq sivil Şərqi, türk- müsəlman dünyasını qafalara sığmayacaq,  dərk edilməyəcək üsullarla  məhv etmək, pis günə qoymaq, süründürmək, var- dövlətini talan edib Avropaya, Amerikaya daşımaq. 2006- ci ildə İraqa Kuveyti bəhanə edərək qoşun yeridib sivizasiyanın əsası  qoyulmuş qədim Mesapotomiyanı yer üzündən silmək, müsəlmanların müqəddəs Qurbanlıq bayramında Səddam Hüseynin edam edilməsi və bir başa canlı yayım... Allahınız yoxdur sizin kafirlər. Və bütün Şərqin varidatını silib- süpürüb apardınız. 
 Etdiyiniz naqisliklər o qədər çox ki, bilmirsən hansından danışasan... Fransa unudub ki, Əhmədiyyə Cəbrayılov kimi kişilər Türk idi və Fransa Müqavimət hərəkatında rus, inilis, italyan, türk deyə millət məfhumu yoxdu və Qəhrəmanlar Fransanın gələcək xilaskarı, əsəri Şarl de Qolla birgə döyüşürdülər alman faşizminə qarşı. Fransanın Milli Qəhrəmanı adı verilmişdi Əhmədiyyə Cəbrayılova. Unutqanlıq xristian dünyasının xislətindədir. Fransanın tarixinə nəzər salaq, “Türklər bir irq və bir millət olmaq heysiyyətilə yer üzünün ən şərəfli insanlarıdır. Onlar dünyanın ən birinci milləti olmaq haqqını namuslarıyla qazanmışlar.Bütün işləri əsilanədir, vəcd ilə yaşayış duyğulu bir millətdir. Onların yurdu əfəndilər diyarıdır, qəhrəmanlar, şəhidlər ölkəsidir. Məncə insaniyyətə şərəf verən böylə müqədddəs bir millətin düşməni olmaq insanlığın düşməni olmaq deməkdir. Böylə bir ləkədən Allah qorusun- Alfons Lamarti, fransız şairi, alimi”. Yəni bu misalları dəfələrlə çoxaltmaq mümükündür. 
  Bir qədər də olsa, demokratiya adı altında bəşəriyyətə eybəcər dərslər keçməyə çalışan fransanın qara rəngli tarixinə nəzər salaq...Doğru C. İsmayıl, Fransa qanlı baba mirasına sadıq daldığını hər an əməllicə sübut edir,”Bu günkü fransa hakimiyyəti dünya tarixində insanlıq adına utancverici Amerika və indiki Kanadanın ərazisi daxil olmaqla Afrikanın şimalında yerləşən Tunis, Liviya, Mərakeş və ən yaxın tarixdə, 1994-cü ildə “Ruanda soyqrımı” ilə və ya rəsmi tutsilərin soyqrımı kimi tanınan qətliam törədən babalarının layiqli davamçılarıdırlar “. Ruandada törədilən soyqrımla bağlı, tarixi həqiqəti analiz edərək nəticə çıxaran Azərbaycan jurnalistikasının ən mötəbər simalarından  söz xridarı, özünə  layiq olduğu uca mərtəbəni tutan, buna layiq olan İsmayıl Hüseynoğlu Əliyevə məxsus Onun arxivindən əldə olunan mənbə “”Həqiqət”lə “Ədalət” anlayışları çox vaxt üst-üstə düşmür. Həqiqətlə hesablaşmadan ədalət axtaran Marksın, yaxud ədaləti qurban verərək çılpaq həqiqəti seçən F. Nitsşenin (onun təlimini alman faşizmi istifadə edirdi)taleyi göz qabağındadır- təlimləri dəhşətli dərəcədə təhrif olundu.  Ömürlərində bircə dəfə ədalətli seçki keçirib 93- ün yayında Ndadyeni özlərinə rəhbər seçmiş ruandalılar həqiqətdən çox uzaq idilər. Üç ay sonra Ndadye devrildi və bu gün Ruanda üç ay ərzində yüz minlərlə adamın qanına boyanmış bir “dövlət”dir. Tutsiləri qıranlar yenə də Avropa- Fransa. 
  “Azərbaycanda qaçqınlığı məcburən ölümdən üstün tutan xalq torpaq uğrunda vuruşmağa hazırdır və Qarabağa dair əks tərəfə olunan hər hansı güzəştə qarşı qiyam edirlər. Qarabağın Azərbaycanın ərazisi kimi qalması ədalətli tələbdir. Bəs həqiqətə uyğundurmu? Həqiqət isə ondan ibarətdir ki, biz bu torpağa nə dərəcədə layiqik? O dərəcədə ki, torpağımız uğrunda vuruşmuşuq və vuruşacağız, bu yolda canımızdan, qanımızdan belə keçməyə hazır olan xalqımız və Azərbaycan Ordusu var !- İlham Əliyev.”

Baxın düşmənlər, bizim xalq bu xalqdır.   
  Bu günkü Fransa senatı əslində fransızların deyil erməni milyonçularına  məxsus daşnakların əlindədir. Demokratiyadan danışanlara bax...Azərbaycan dövləti, Heydər Əliyev fondu sizlər üçün nələr etmədi, sadəcə həqiqətin yanında durmağı bacaqmaq asan deyil, bir kin, kidurət, nifrət, türk- müsəlman gözügötürməməzliyi məhv edir sizin kimi  insanlıqdan danışıb, əslində onun nə olduğunu bilməyənlər. Tarixinə bax və utan insan haqlarından danışanlar.
 Türk- müsəlman dünyası onu da bilin ki, səlib yürüşünə çıxan Avropa- Qərb, Amerika üçün dost, çörək anlayışı yoxdur, ailə anlayışı nə olduğunu bilmirlər, bəşəriyyətə təqdim etdikləri isə dəyərlərdən xəbəri olmayan pobotlardan ibarətdir. 
  Tanrı Türkə Mənim Ordum dedi,  Onları hər zamanlar üçün Xan və Xaqan qıldı- bax belə fəzilətlərlə dünyaya cahanşümul səs salan, alcənab, mərd, lakin Vətənini, ailəsini qoruyanda cəngavərdən Cəngavər olan Türkdən qorxmaq deyil, hörmət qılmaq lazım, türk millətindən öyrənmək lazım. Cahana Mustafa Kamal Paşa kimi ,əxsiyyəti ATATÜRK adıyla bəxş edən bu gün düşmən elan etdiyiniz Şu ÇİLĞIN TÜRKlərdir. Yanınızda qucaqladığınız erməni adlı cılız həşarata baxın...siz də erməniyə taysınız.
       TANRI BİZİMLƏDİR ! Heyvanlar içində Qurdlar, İnsanlar içində Türklər kimsəyi arxadan vurmazlar.

              Təki Sən Yaşa, Yaşa Azərbaycan !

 

MƏLAHƏT İSMAYILQIZI
                             AYB- nin və AJB-nin üzvü

 

                              29. 11. 2022, Bakı

Digər xəbərlər