usd-1.7000 eur-1.8590 rub-0.0176
Bakı 18°C 4.57 m/s
Son xəbərlər
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024
16-09-2024
15-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"İlham Əliyev Cənabları səbəbləri araşdırmaqla məşğuldur..." - Hadı Rəcəbli

details

CƏMİYYƏT

11.02.2024, 19:36 Oxunub: 2295

Siyasi elmlər doktoru, professor Hadı Rəcəbli 1001info-Tv-yə müsahibə verib.

Hadı Rəcəbli 53 il bundan əvvəl, 23 yaşında Lənkəran Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilməsindən , 69-cu ildə Ulu Öndərin hakimiyyətə  gəlişi ilə Azərbaycanda  yeni dövlət quruculuğu modelinin inkişaf etməsindən danışıb. Milli Məclisdə çalışdığı vaxtda ən çox qəbuluna gəlinən millət vəkili olduğunu, bəzən  80 nəfəri 1 gündə qəbul etdiyini qeyd edən Hadı Rəcəbli  bir-çox maraqlı məqamlara toxunub. 


 20 il əvvəl İlham Əliyev Baş nazir seçiləndə  Milli Məclis kürsüsündən etdiyi tarixi çıxışı xatırladan Hadı Rəcəbli:  “Bütün dünyada dövlət başçıları nəticəylə mübarizə aparırlar, nəticəni düzəltməyə çalışırlar, amma İlham Əliyev Cənabları səbəbləri araşdırmaqla məşğuldur" – deyib.

O,  qeyd edib ki,  2013-cü illə 2023-cü il arasında səhiyyəyə ayrılan vəsait 11 dəfə artırılıb , Asan və Dost xidmətlərinin  yaradılması məmur-vətəndaş kontaktını azaltmaqla  korrupsiyanın aradan qaldırıb, bu gün Azərbaycanda elektron idarəetmə, elektron dövlətçilik modeli İlham Əliyev Cənablarının  xətti kimi ortaya qoyulub.  

Ailə dəyərləri mövzusuna toxunan Hadı Rəcəbli: “Boşanmaların qarşısını almaq, azaltmaqla ailənin təməl prinsiplərinə riayət etməklə Azərbaycançılıq ideologiyasını, milli-mənəvi dəyərləri inkişaf etdirməliyik”- deyib.

“İnsan olmağın özü ləyaqətdir.  İnsan olmaq üçün gərək daim milli-mənəvi dəyərlərə hörmət edəsən.O adamlar ki, vəzifəyə görə yan-yörənə yığılırlar, onlar dost deyillər. Dost odur ki, həyatın ağrılı-acılı anlarını səninlə yaşasın”-deyən Hadı Rəcəbli ilə geniş müsahibəni aşağıdakı linkdən izləyə bilərsiniz. 

https://youtu.be/B9JdF14HMFw?si=wId9oZwwK2JHDVSR

 

 

Digər xəbərlər