usd-1.7000 eur-2.0051 rub-2.2274
Bakı 7°C 3.22 m/s
Son xəbərlər
16-02-2026
14-02-2026
12-02-2026
06-02-2026
05-02-2026
03-02-2026
29-01-2026
28-01-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

details

MƏDƏNİYYƏT

09.01.2026, 16:39 Oxunub: 680

Ötən ilin avqustunda təsis edilən “İzzət Kino Mükafatı”nın qalibləri tezliklə elan olunacaq.

1001info.az 525.az-a istinadən  xəbər verir ki, artıq mükafatın rəsmi dizaynı hazırdır. Belə ki, rəssam-animator Sevinc Quliyevanın müəllifi olduğu eskiz İzzət Orucovanın oynadığı Sevil və Almaz obrazlarının sintezindən yaradılıb. Poster Azərbaycan qadınının həm üsyanını, həm də milli kimliyini kəlağayı, milli geyimin detalları, açıq saçları və s. ilə özündə cəmləşdirir. Posterdəki kino lentləri ilə əhatələnən obraz Azərbaycan kinosunun qadın simasını təmsil edir.

Mükafat rejissor və prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq əlaqələr və layihələr üzrə meneceri Afaq Yusifli tərəfindən təsis edilib. Layihə Azad Mirzəcanzadə İnkişaf Proqramının 2025-ci il üzrə 2-ci dalğasının 10 qalibindən biridir. Layihənin rəsmi tərəfdaşları arasında Azərbaycan Kinematoqrafçılar İttifaqı və Gənc Film İstehsalçıları Assosiasiyası var. Təsisçinin verdiyi məlumata görə, münsiflər heyətinin tərkibi və ilkin siyahı artıq hazırdır. Hazırda, mükafatın hazırlanma prosesi və son təşkilati məsələlər üzrə işlər gedir. Münsiflərin adları və kateqoriyalar barədə elan veriləcək.

 

Digər xəbərlər