usd-1.7000 eur-1.8459 rub-0.0200
Bakı 25°C 13.25 m/s
Son xəbərlər
14-07-2024
10-07-2024
09-07-2024
08-07-2024
05-07-2024
04-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

  KƏPƏZİN GÖZ YAŞLARI....
      MƏLƏKLƏRİN ÖLDÜYÜ GÜN... YOXSA GECƏ ...

details

ƏDƏBİYYAT

04.12.2023, 10:03 Oxunub: 2587

  KƏPƏZİN GÖZ YAŞLARI....
                                           MƏLƏKLƏRİN ÖLDÜYÜ GÜN... YOXSA GECƏ ...


           Yaxşı ki, həsrətin tüstüsü yoxdu,
        Göz- gözü görməzdi Yer kürəsində- H. Arif


      Bəşərin sənət əsəri “Mona Liza” bizləri heyran edir...ruhumuza heyranlıq qarışıq bir sükut çökür, dinclik çuğlayır bizləri, lakin S. Bəhlulzadənin “Kəpəzin Göz yaşları” isə bizləri həsrət və nisgildən ağladır, nakam, zərif mavigözlü Səttarın mənəviyyat dünyasının zənginliyinəmi köklənək, yoxsa bu uzun- zərif, ecazkar barmaqları ilə möcüzələr yaradan mavi gözlərin kədər dolu işiğında qovrulaqmı... Dünyaya ikinci bir Səttar gəlmiyəcək !
   Bu bir sufi, dərviş ruhlu, uzun saçlı, Füzuli sevdalı sənət fədaisi özü  aşiq Məcnuna- Cinuna  bənzəmirmi... “Çoxdur bəni- adəm içrə bidad” demirmi... Vaxti ilə oxuduğum, lakin müəllifi xatırlamıram, bir aforizmi məni S. Bəhlulzadə dünyasına yenidən aparır... küçədə olduqca yoxsul geyimli bir gənclə rastlaçdım, pencəyi cırıq, dizləri yamaqlı idi, lakin ruhunun içində ulduzlar parlayırdı, O sevirdi ! (Bu zamanların cırıq şalvarları deyildi  o geyimlər,yamaqlar  mənəviyyat varlısı idi bu yoxsul- lakin parlayan ulduzlar, işıq dolu – od dolu - dolu aləmlər).  Bax, elə Səttar dünyasınımı deyim, yoxsa yaradıcılığınımı deyim, Ona baxanda işıq saçılır o gözəl gözlərdən, o zərif əllərdən ! Dünya doğurdan da bənzərsiz şəxsiyyətləri ilə əvəzsizdir. Və bu şəxsiyyətlərin biri o birinə bənzəmədən, hər birisi insan olmanın- özü də mükəmməl insan olmağın gözəlliyin aşılayır bizlərə !


   Və bizlər İnsan olaraq, ibrət alaraq- anlayaraq  yaşamaq istəyirik, lakin dahilər- dühalar belə İnsanlığın  acgözlüyünü, xəbisliyini, dünyaya yiyələnmək ehtirasının, iddialarının qarşısını almaq iqtidarında deyil!  Para aşiqliyinə tutularaq mənəviyyatı belə özlərinə para hesab edənlər... bu tox harınlıq sizləri yormurmu... Dünyaya gözləri yumulu baxan Şair, açmadın  yaxşı ki, gözlərini....
                                              Dünyaya gözləri yumulu baxdım...
                                              Dünyanı görmədim görməli kimi ! – M. Araz
       Təəssüf...
         Mələklər çoxdan ölüb, iblisin ayaq tutub yeridiyi gündən, Allahı- Tanrını şeytan öz  iblis əməlinə, xəyanət toruna saldığı gündən , Xocalı baş verən gecə - mələklər öldü artıq, erməni adlı iblis – onun xaç ataları, - Avropa, Qərb, Amerika müsəlman türk dünyasının üzərinə səlib yürüşünə başladığı yeni Xaç yürüşü zamanı  öldü dünyanın mələkləri, öldü İnsanlıq, öldü İnsan adlı varlıq !
 Xaç səlib yürüşçüləri hardan anlasın Şərq mədəniyyətini- Füzuli dühasını- Səttar möcüzəsini ! Onları maraqlandıran pul- para aşiqliyi və dünya ağalığı ...  Anlıyan bilir, anlıyın artıq mübarizə və müharibə xaç- hilal mübarizəsi- müharibəsidir .                                                               
                                   Tüstüm təpəmdən çıxdı, ama görənim olmadı,- H. Arif
                                  Görənim olsaydı, tüstüsü təpəsindən çıxardı – Mən ! (. H. Arifə nəzirə )    
   Mələk xilqətinə təcavüz edənlər- erməni gədaları biz intiqamımızı aldıq, ama düşünmürəm ki, bu qisasa son qoyacağıq, sizləri məhv edəcəyik daşnak törtöküntüləri!
15.10. 2023, Bakı. 

                     P. S. Maraqlı burası ki, biixtiyar S. Bəhlulzadəni düşündüm və bu yazı alındı. Sonra bildim ki, Böyük Sənətkarın doğum günü imiş. Bəlkə də... deyirlər ürəkdən- ürəyə yollar var...


                                          MƏLAHƏT İSMAYILQIZI
                                  AYB- nin və AJB-nin üzvü, Qızıl Qələm media mükafatı,Zərdabi ad. diplom

 


 

Digər xəbərlər