usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 22°C 2.37 m/s
Son xəbərlər
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Mənsum İbrahimovun qardaşı qəza keçirdi

details

HADİSƏ

26.10.2023, 11:11 Oxunub: 649


Dünən saat 08:50 radələrində Kürdəmirdə ağır yol qəzası baş verib.

1001info.az  qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində 1970-ci il təvəllüdlü Zülfüqar İbrahimovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü ilə yanaşı həyat yoldaşı İbrahimova Səbinə Vaqif qızı və oğlu 13 yaşlı İbrahimli Ayxan müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən 1947-ci il təvəllüdlü Ağdam rayon sakini Rəhimova Məlahət Əli qızı isə vəfat edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzaya düşənlər bir ailənin üzvləridir. Sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır. Qəzada şəhidin nənəsi vəfat edib. Atası, anası və qardaşı isə xəsarət alıb.
Sürücü Zülfüqar İbrahimov Xalq artisti Mənsum İbrahimovun qardaşıdır.
Qeyd edək ki, bir neçə gün əvvəl şəhidin xatirəsinə həsr edilmiş filmin təqdimatı olmuşdu. Şəhid, kiçik çavuş İsrafil Zülfüqar oğlu İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. 26 oktyabr 2020-ci ildə Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
İsrafil İbrahimov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

 

Digər xəbərlər