usd-1.7000 eur-1.8459 rub-0.0200
Bakı 27°C 15.23 m/s
Son xəbərlər
14-07-2024
10-07-2024
09-07-2024
08-07-2024
05-07-2024
04-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Namiqin Musiqi Forumuna qatılması birmənalı qarşılanmadı

details

ŞOU

01.11.2023, 10:16 Oxunub: 724

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə  Musiqi Forumu keçirilir. 
1001info.az  Axşam.az-a istinadən  xəbər verir ki, üç gündür davam edən forumda xanəndələr, müğənnilər, incəsənət və mədəniyyət xadimləri yer alıblar. Meyxanaçı Namiq Qaraçuxurlunun forumda yer alması isə sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çoxları meyxanaçının Musiqi Forumuna qatılmasını tənqid ediblər. 
Mədəniyyət nazirliyinin əməkdaşı Günay Rəhimova məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, meyxanaçının tədbirə qatılması ilə bağlı bu sözləri qeyd edib:
"Ölkədə ilk dəfə keçirilən Musiqi Forumunda Namiq Qaraçuxurlunun iştirakı bir çox adamda sual yaradıb və dünəndən mənə neçə nəfər yazıb, hamıya bir-bir yazmaq olmur deyə, istədim bu məqamları cavablandırım. Namiq Qaraçuxurlu forumda ekspert ve moderator kimi iştirak etsəydi və səhnədən sualları cavablandırsaydı siz deyən idi, o, orada musiqi ilə məşğul olan 600 nəfər qonaqdan biri idi. Musiqi forumu- elmi praktik konfrans və ya elmi simpozium deyil, Musiqi forumu - müzakirə platformasıdır və musiqinin bütün janrları ilə məşğul olan hər kəs iştirak edib, onu narahat edən sualları verə bilər. Yeri gəlmişkən, Namiq Qaraçuxurlu ilə yaxın əyləşmişdim deyə, şəxsən deyə bilərəm ki, o, forum zamanı öz telefonu ilə məşğul olmurdu, yanındakılarla söhbət etmirdi, çıxıb foyedə gəzmirdi, bütün çıxışlara diqqətlə əvvəldən sona qədər qulaq asırdı".
Qeyd edək ki, Musiqi Forumu oktyabrın 29-dan 31-nə kimi keçirilib.

Digər xəbərlər