usd-1.7000 eur-1.7643 rub-1.6887
Bakı 6°C 9.51 m/s
Son xəbərlər
30-01-2025
28-01-2025
24-01-2025
23-01-2025
22-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

 “Ozan dünyası” jurnalının builki ilk sayı işıq üzü gördü

details

MƏDƏNİYYƏT, ƏDƏBİYYAT

16.02.2024, 11:24 Oxunub: 1287


“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının bu il üçün ilk sayı işıq üzü görüb.


1001info.az  xəbər verir ki, jurnalda folklorumuza, xüsusən də aşıq yaradıcılığı və ustad aşıqların həyat və yaradıcılığının tədqiqinə dair elmi və elmi-publisistik yazılara geniş yer verilib.
Baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu olan jurnalda Xalq şairi Zəlimxan Yaqubun XX əsrin görkəmli ustad aşıqlarından olan Xındı Məmməd haqqında yazdığı və indiyədək heç yerdə çap olunmayan yazısı və ona həsr etdiyi şeir yer alıb.
Jurnalın bu sayında Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Usta gözünün saz nuru”, AMEA Folklor İnstitutunun əməkdaşı Şəbnəm Haqverdiyevanın “Sazbəndlik sənəti və sazbəndlər”, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Qafarlının “Ağız ədəbiyyatını yazılı ədəbiyyata qovuşduran aşıq – Molla Cuma”, Əməkdar jurnalist Nizami Məmmədzadənin “Aşıq Əmrah ucalığı”, araşdırmaçı İşıqlı Atalının “Çağdaş Azərbaycan zurna-balaban yaratıcısı”, Musa Nəbioğlunun “Ustadlar ustadı Sadıq Sultanov”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mənsurə İsmayılovanın “Ustad sənətkarların həyat hekayəti: dastan-rəvayətlər”, Araz Yaquboğlunun “Hər sözü dillərdə bal olan şair”, Həzi Həsənlinin “Dəlidağın bala Ədaləti” adlı məqalələr də öz əksini tapıb.

 

Digər xəbərlər