ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Qarabağ qazisi haqsız yerə incidildiyini yazır

HADİSƏ
19.07.2023, 12:29 Oxunub: 2569
Redaksiyamıza birinci Qarabağ müharibəsi qazisindən şikayət məktubu daxil olub. Aktuallığını nəzərə alaraq onu olduğu kimi sizə təqdim edirik.
Mən Səfərov Azər Saleh oqlu 1975- ci ildə Yevlax rayonunda anadan olmuşam. 1998 ci ildə torpaq islahatları zamanı Yevlax rayonu Qoyunbinəsi kəndində mənə və 4 nəfərdən ibarət ailə üzvümə pay torpağı ayrılmışdı. Həmin torpaq sahəsini keçmiş bələdiyyə sədri Məmmədov Qabil Süleyman oqlu saxta sənətlərlə özününküləşdirib zəbt etmişdi. Mən bu məlumatı biləndən sonra 2021- ci ildə prokurorluğa müraciət etdim. Bundan sonra bizə təzyiq göstərmək məqsədi ilə 2021- ci ilin iyunun 27-də başda keçmiş bələdiyyə sədri Qabil Məmmədov olmaqla oğlu Süleymanzadə Rahil (Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin əməkdaşı), qızı Əsgərzadə Vəfa Qabil qızı (Ombudsman Aparatının məsləhətçisi), digər oqlu Məmmədzadə Elşən Qabil oğlu (Ədliyyə Nazirliyin Pentensiar xidmətin zabiti), həyat yoldaşı Məmmədova Təranə və digərlər qohumları ilə qardaşımın Qoyunbinəsi kəndində yaşadığı ünvana hücum etmişlər. oğlu Rahil və qızı Vəfa orda yaşlı atama və anama nəlayiq təhqiredici sözlər işlətmiş və onlara hədə-qorxu gəlmişlər. 2021-ci il iyul ayında mənim həyat yoldaşıma zəng edərək uşaqlarımı öldürməklə hədələyiblər. Bununla bağlı 2022-ci ilin aprel ayında Yevlax rayon Polis Şöbəsində araşdırma aparılmış, Qabil Məmmədovun saxta sənət düzəltməsi üzə çıxmışdı. Ona C.M.-nin 320.2 maddəsi ilə iş qaldırılsa da, təəssüflər olsun ki, bu vaxta qədər məsuliyyətə cəlb olunmamışdı. Qabil Məmmədov qardaşı Tofik Məmmədovun ölümündən istifadə edərək öz günahlarını onun üstünə yıxmışdı.
Cəzasızlıqdan harınlamış Qabil Məmmədov bundan sonra daha da irəli gedərək kənddə daha 41 nəfərin, o cümlədən dövlətə aid hektarlarla torpağı saxta sənədlərlə özününküləşdirmişdi. Əldə etdiyi külli miqdarda vəsait hesabına övladlarını müxtəlif vəzifələrə təyin etdirmişdi.
Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya işçisinin özbaşınalığı ilə bağlı dəfələrlə qəbuluna yazılsam da, təəssüf ki, onunla görüşə bilməmişəm. Hər dəfə müraciət etdikdə bildirirlər ki, Bahar xanım xaricdədir.
O cümlədən Ombudsman Aparatının rəhbəri Səbinə Əliyevaya dəfələrlə şikayət ərizəsi göndərməyimizə baxmayaraq cavab ala bilməmişəm.
18.06. 2023- cü il tarixində Baş Prokuror Kamran Əliyevin qəbulunda olub, Qabil Məmmədovun korrupsiya cinayətləri haqqında məlumat vermişəm. 2023- cü ilin iyulun əvvəlində yenidən Baş Prokurorluqda oldum. DİO -nun Nəzarət İdarəsinin rəisi Natiq Abdullayevlə görüşdüm. Polisdə çıxarılmış qərarın ləğv edilməsinə və işin yenidən araşdırılmasına söz verdilər. Bizdə bir ümid yaranmışdı ki, Qabil Məmmədov etdiyi əmələ görə qanun qarşısında cavab verəcək. Təəssüflər olsun ki, Qabil Məmmədova himayədarlıq edən adamlar var. Əsasən də məhkəmə orqanları... Bunlardan biri Şəki rayonu İnzibati Məhkəməsinin hakimi Fəxri Hacızadədir. 01.06.2023 -cü il tarixdə onun keçirdiyi məhkəmədə analoqu olmayan qanunsuz bir qərar qəbul etmişdir. mənə və ailə üzvlərimə 30 il bundan qabaq verilmiş dövlət aktını ləğv etmişdi. Bunla baqlı Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət etmişəm. Hal - hazırda bu məsələylə bağlı iş Şəki Appelyasiya məhkəməsinin hakimi Rövşən Rəfiyevin icraatındadır. 2 avqust 2023-cü il saat 14:30 məhkəmə təyin edilib. Bu məsələni öz nəzarətinizdə saxlayıb, mənə kömək etməyinizi sizdən xahiş edirəm.
Redaksiya qyd olunan iddialarla bağlı qarşı tərəfin də fikirlərinə yer ayırmağa hazırdı.
