usd-1.7000 eur-1.8459 rub-0.0200
Bakı 25°C 13.25 m/s
Son xəbərlər
14-07-2024
10-07-2024
09-07-2024
08-07-2024
05-07-2024
04-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Rusiyanın axtarışa verdiyi məşhur müğənni Türkiyəyə sığındı

details

ŞOU

22.11.2023, 15:42 Oxunub: 1258

Rusiyanın axtarışa verdiyi məşhur müğənni Türkiyəyə sığındı - FOTO
2016-cı ildə "Avroviziya" mahnı müsabiqəsində qalib gələn və ölkəsindəki hücumlara görə ailəsi ilə birlikdə Türkiyəyə gələn ukraynalı müğənni Camala Rusiyanın axtarışda olanlar siyahısına salınıb.


1001info.az publika.az-a istinadən xəbər verir ki, əsl adı Susana Camaladinova olan müğənni haqqında ötən ay həbs qərarı çıxıb. Krım tatarı olan Camala Rusiya ordusu haqqında "yalan məlumat yaymaqda" ittiham olunur. Rusiyanın "Telegram" kanalı "Shot" bildirib ki, Camalanın axtarışa verilməsinə səbəb onun ötən il Rusiyanın Ukraynanın Buça şəhərində mülki əhaliyə qarşı törətdiyi qətliamlarla bağlı paylaşımları olub. Rusiya Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Buçada mülki əhalinin əsgərləri tərəfindən qətlə yetirildiyinə dair iddiaların "yalan" olduğunu iddia edir.
Həyat yoldaşı və iki uşağı ilə İstanbula gələrək sığınacaq istəyən müğənni başına gələnləri belə izah edib:
"Türkiyəyə qaçqın kimi gələcəyimi heç düşünməmişdim. Həyat yoldaşım məni fevralın 24-ü səhər saat 05:00-da oyadıb, Kiyevə bomba atıldığını söylədi. Əvvəldən nə edəcəyimi bilmədim. Çox çətin idi. Qərarsız idik. Uşaqlarımızı toplayıb sığınacaqlara düşdük. Sonra siren səsi eşidildi. Xəbərdarlıq yenə iki dəfə gəldi və biz yenidən sığınacaqlara enməli olduq. Axşam saatlarına yaxın bütün Ukraynanın mühasirəyə alındığını və müxtəlif şəhərlərdə bomba səslərinin eşidildiyini anladıq. Kiyevi tərk etməli olduq. Qərbi Ukrayna bölgəsinə qaçmaq məcburiyyətində qaldıq".
Qeyd eədk ki, Camala 7 il əvvəl ingilis və tatar dillərində oxuduğu "1944" mahnısı ilə "Avroviziya" mahnı müsabiqəsinin qalibi olub. Mahnı 1940-cı illərdə Sovet İttifaqının o vaxtkı lideri İosif Stalinin göstərişi ilə təxminən 200 min Krım tatarının faşistlərlə əməkdaşlıq etdiyi iddiası ilə öz vətənlərindən deportasiya edilməsindən bəhs edirdi. Rusiya 2014-cü ildə Ukrayna ərazisi olan Krımı ilhaq etdi. Camala isə öz mahnısı ilə Kremlə reaksiya verərək beynəlxalq aləmdə müsəlman Krım tatarlarının açıq dəstəkçisi olub.


 

Digər xəbərlər