ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Səlim Müslümovun hökmündən sonra Əjdər Olu nə gözləyir ?
HADİSƏ
25.01.2024, 11:21 Oxunub: 2263Xəbər verdiyimiz kimi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova hökm oxunub. 20 milyondan çox mənimsəmədə ittiham edilən sabiq nazir həmin məbləğin əksər hissəsini dövlətə geri ödədiyinə görə şərti cəza alaraq azadlıqda qalıb.
1001info.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, Müslümovla bağlı hökm onunla birgə cinayət məsuliyyətinə cəlb edilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş şair-publisist Əjdər Cəbiyevi (Əjdər Ol) ümidləndirib.
Əjdər Ol S.Müslümov nazir olduğu dövrdə aparat rəhbəri işləyib. Məhkum yazıçıya qarşı irəli sürülmüş əksər epizodlarda Səlim Müslümovun adı keçir. O, 2021-ci ildə eks-nazirdən bir neçə gün sonra həbs edilib. İbtidai istintaqın sonunda onların işi ayrı-ayrılıqda icraata verilib.
Əjdər Ol külli miqdarda mənimsəmə və rüşvət alma ittihamı ilə mühakimə edilib. Cinayət işi üzrə dövlətə dəymiş ziyan 500 min manat hesablanıb. Həmin məbləğ istintaq dövründə tam ödənilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əjdər Ol 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsi cəza müddətini 3 ay azaldıb. Sonuncu qərardan 1 il keçdikdən sonra məhkumun vəkili kassasiya şikayəti versə də, Əjdər Ol özü şikayətini geri götürüb. Bunun da əsas səbəbi Səlim Müslümovun məhkəmə istintaqının davam etməsi idi.
Səlim Müslümov haqda hökm elan edildikdən dərhal sonra 3 ildir həbsdə olan Əjdər Ol yenidən kassasiya şikayəti verib. Məhkum şair şikayət ərizəsində çəkilmiş cəzanı yetərli hesab edərək azadlığa buraxılmasını xahiş edib.
Son qərarı isə Ali Məhkəmə verəcək. Yüksək instansiya məhkəməsinin hansı qənaətə gələcəyini yaxın aylarda biləcəyik.