usd-1.7000 eur-1.8590 rub-0.0176
Bakı 18°C 5.06 m/s
Son xəbərlər
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024
16-09-2024
15-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Tanınmış modelyer, dəb dizayneri Aygün Ağamalının doğum günüdür

details

MƏDƏNİYYƏT

29.08.2024, 15:56 Oxunub: 1927

Onu tanıyıb sevməmək mümkün deyil. Tanıdıqca, sevəcəksən. Necə ki, bu gün saysız-hesabsız  sevəni var... Sənəti qədər mürəkkəb, gözlənilməz və cəlbedici, sənəti qədər maraqlı bir xanım Aygün Ağamalı ilə danışdıqca, danışmaq istəyirsən. Danışdıqca, onu daha yaxından tanıyır və sevirsən,  sanki moda aləminin gözəgörünməyən xırdalıqlarını, incəliklərini görürsən, ən gizli sirlərinə  yol tapmış olursan.Onu yaxından tanıyanlar bilir ki, incə qəlbli, həssas, mehriban, olduqca mərhəmətli insandır. 

Bu gün  onun- tanınmış modelyer, dəb dizayneri Aygün Ağamalının doğum günüdür. Bu gözəl gündə dostları, sevənləri onun ünvanına olduca çox xoş sözlər söyləyib, gözəl arzularla təbrik ediblər. 

Qeyd edək ki, Aygün Ağamalı bu günə kimi moda aləmindəki fəaliyyətinə görə dəfələrlə mükafatlandırılıb, diplomlara layiq görülüb.

Müsahibələrinin birində Aygün xanım deyir ki, " Sənətimi çox sevirəm.Məşğul olduğum sənət çox çətin, ağır bir sahədir. Son vaxtlar bizim bu sahəyə meyil güclənib, çoxlu müraciətlər var. Bəziləri elə düşünür ki, təkcə oxumaqla bu sənəti öyrənmək olar. Amma səmimi deyirəm, təkcə oxumaqla bu sənətin incəliklərinə sahib ola bilməzsən, yəni bunlar kifayət deyi. Bunun üçün həm də fitri istedada malik olmalısan. Bu olmasa, hər gün yeni bir şey yarada bilməzsən. Həmçinin, insanın ruhu da güclü olmalıdır. Çünki o, ruhdan düşdüsə,  heç nə edə bilməz"...

1001info.az olaraq dəyərli Aygün xanımı ürəkdən təbrik edir,  çox sevdiyi, yorulmadan çalışdığı işlərində uğurlar arzulayırıq.  

Əziz Aygün xanım, gözlərinizdən sevinc, üzünüzdən təbəssüm əskik olmasın!

 

Digər xəbərlər