ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Taxtın 70 ildir varisi olan yeni Kral kimdir?
TARİX
09.09.2022, 14:52 Oxunub: 3580Xəbər verdiyimiz kimi, Britaniya Kraliçası II Elizabetin ölümündən sonra böyük oğlu və varisi, keçmiş Uels şahzadəsi III Çarlz Britaniyanın kralı olub. Sabah onun rəsmi şəkildə andiçmə marisimi baş tutacaq.
Axşam.az 73 yaşlı yeni kralın həyat yolu ilə bağlı maraqlı məqamları təqdim edir.
III Çarlz 14 noyabr 1948-ci ildə Bukinqem sarayında anadan olub. 1952-ci ildə 25 yaşlı anasının taxta çıxması ilə Çarlz Britaniya tacının ilk varisi idi. Çarlz şahzadələrin ən uzun varisi olub. Belə ki, o, anası Kraliça Viktoriyanın (1837-1901) 63 il hakimiyyətdə olduğu müddətdə şahzadə titulunu saxlayan VII Edvardın (1901-1910) əvvəlki rekordunu qırıb.
Fotoda: VI Kral Georq, Şahzadə II Elizabet ilə həyat yoldaşı şahzadə Filip və yeni doğulmuş Şahzadə Çarlz, 1948
Hazırda Böyük Britaniya yeni kralının 73, onun varisi Uilyamın 40, digər gələcək monarx Şahzadə Corcun isə 9 yaşı var.
İlk həyat yoldaşı şahzadə Diananın ölümündə günahlandırılan III Çarlz taca layiq görülmürdü. Onun 2005-ci ildə Kamilla ilə ailə qurması da narazılıqla qarşılanmışdı.
Çarlz Britaniya taxtının saraydan kənarda təhsil alan ilk varisi və kollec təhsili olan kral ailəsinin ilk üzvü olub. Uşaq ikən atası ilə çətin münasibətləri var idi. Şahzadə Filip çox sərt bir valideyn olub. Musiqiyə, rəsmə marağı olan balaca şahzadəni yalnız nənəsi Kraliça Elizabet Bouz-Layon dəstəkləyib.
Fotoda: Şahzadə Çarlz nənəsi ilə
1981-ci ildə Diana ilə evlənib və cütlüyün bir il sonra Uilyam adlı ilk oğulları daha sonra isə Harri dünyaya gəlib.
Fotoda: Çarlz, Diana və Uilyam, 1982
1990-cı illərin əvvəllərində ikilinin arasında gərginlik artır. Çarlz Kamilla ilə görüşməsinin ardından xəyanətə uğrayan Diana daha çox papulyarlıq qazanmağa başlayıb. Çarlz və Diana 28 avqust 1996-cı ildə rəsmi olaraq boşanıblar.
Fotoda: Diana və Kamilla, 1980
Çarlz 2005-ci ldə Kamilla ilə evlənir.
2005-ci ildə lentə alınan foto
Fotoda: II Elizabet, III Çarlz, Kamilla, Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton
III Çarlzın aldığı rütbələrin sırası isə belədir:
14 noyabr 1948 - 6 fevral 1952: Əlahəzrət Edinburq Şahzadəsi Çarlz
6 fevral 1952 - 8 sentyabr 2022: Əlahəzrət Kornuol hersoqu (Şotlandiyada Rotsey hersoqu)
26 iyul 1958 - 8 sentyabr 2022: Əlahəzrət Uels Şahzadəsi
8 sentyabr 2022-ci ildən isə: Əlahəzrət Kral
Onu da qeyd edək ki, 2021-ci ildə atası Şahzadə Filipin ölümündən sonra o, Edinburq hersoqu, Merionet qrafı və Qrinviç baronu titullarını miras alıb.