usd-1.7000 eur-1.7890 rub-1.5962
Bakı 7°C 4.12 m/s
Son xəbərlər
27-11-2024
26-11-2024
23-11-2024
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Tonqal”da 85 minlik əti oğurladığı deyilən kababçı azadlığa buraxıldı

details

HADİSƏ

21.12.2023, 11:39 Oxunub: 1558

 

Bakıdakı məşhur restoranlardan olan "Tonqal"da 85 min manatlıq ətin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

1001info.az “Qafqazinfo”-ya istinadla  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə restoranın kuryeri Radiq Mehdiyev və kababçı Natiq Qardaşova hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.

00:26İstintaq müddətində həbsdə saxlanılan N.Qardaşov 5 min manat cərimə edilərək məhkəmə salonundan azadlığa buraxılıb. Polisin nəzarəti altında olan Radiq Mehdiyevə də 5 min manat cərimə cəzası verilib.
Bildirilib ki, məhkəmə prosesində zərərçəkmiş iş adamı, “Tonqal” restoranının icarədarı Şəmsəddin Hüseynov təqsirləndirilən şəxslərin artıq dəymiş ziyanı ödədiklərini bildirib və onlarla bağlı şikayətini geri çəkib.
Qeyd edək ki, bir müddət əvvəl R.Mehdiyev və N.Qardaşovun ailə üzvləri məsələ ilə bağlı saytımıza müraciət etmişdi. Onlar adıçəkilən şəxslərin günahsız olduğunu iddia edərək restoran rəhbərliyinin ittihamlarının əsassız olduğunu bildirirdilər.  

Digər xəbərlər