usd-1.7000 eur-1.7604 rub-1.7617
Bakı 6°C 0.14 m/s
Son xəbərlər
12-02-2025
11-02-2025
05-02-2025
30-01-2025
28-01-2025
24-01-2025
23-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ürəyim söz yuvasıdır...- Qalib ŞƏFAHƏT

details

ƏDƏBİYYAT

19.06.2024, 22:47 Oxunub: 2220

1001info.az Qalib  Şəfahətin şeirlərini təqdim edir.

 

SÖZÜ ÜRƏYİMƏ ƏKDİM

Qəriblikdə qalmaz sözüm.

Sözlərim haqq davasıdır.

Qərinələr dolanacaq,

Sözüm söz tək qalasıdır.

 

Nadana yaman olacaq,

Odunda yanan olacaq.

Dərk edib qanan olacaq,

Həqiqətin aynasıdır.

 

Bəhrəsiz kol-kosu qırdım,

Sözdən mən bir yuva qurdum.

Sözdür mənim doğma yurdum,

Bir ömürün binasıdır.

 

Ümidlərim pərəsəngdi,

Arzuları çəpər çəkdim.

Sözü ürəyimə əkdim-

Ürəyim söz yuvasıdır.  

 

 KİM OLACAQ

Kim ağladıb bu qadını?

Güldürəni kim olacaq?!

Dərdinə şərik çıxanı,

Dindirəni kim olacaq?!

 

Dözür öz dərdinə dözür,

Üzür öz dərdində üzür.

Xəyalları göydə gəzir,

Endirəni kim olacaq?!

 

Dərdi öz dərdimdən betər.

Nə tapılmaz, nə də itər.

Ya ismarıc, ya bir xəbər,

Göndərəni kim olacaq?!

 

Günah gəzmə bu qadında,

Yaxşısında, yamanında.

Alovlanır öz odunda,

Söndürəni kim olacaq?! 

 

    DƏRDİMDƏN BAXDIM

Dərdlərim iy verir iyi,

Mən sənə dərdimdən baxdım.

Bu dünyanın hayı-küyü,

Mən sənə dərdimdən baxdım.

 

Dərdim cürüyübdü deyən,

Ay məni qınayan, söyən.

Dərdlərimə boyun əyən,

Mən sənə dərdimdən baxdım.

 

Bu dərdi sən verdin mənə,

Dərdi rəva gördün mənə.

Müjdə gətir bu xoş günə,

Mən sənə dərdimdən baxdım.

 

Sevinci qoydum qırağa,

Arzular gəlmir darağa.

Qoymadım gözdən uzağa,

Mən sənə dərdimdən baxdım.

 

Vaxt yox dərdi ovutmağa,

Nə də sərib qurutmağa.

Gedib ilişib  budağa,

Mən sənə dərdimdən baxdım.

 

Dərdin çəkən mənəm, mənəm,

Nə bu günəm, nə də dünən.

Arzusunu didib yeyən,

Mən sənə dərdimdən baxdım.

 

Düşmüşəm səndən qırağa,

Saldın  borana, sazağa.

Nə var dərdimdən uzağa,

Mən sənə dərdimdən baxdım.

Digər xəbərlər