usd-1.7000 eur-1.8205 rub-0.0184
Bakı 19°C 4.58 m/s
Son xəbərlər
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

XIII Beynəlxalq Uşaq Muğam Festivalının baş mükafatını Azərbaycan təmsilçisi qazanıb

details

MƏDƏNİYYƏT

24.05.2023, 12:08 Oxunub: 1762


“Kainat” Gənclik Mərkəzinin layihəsi ilə ənənəvi olaraq keçirilən Beynəlxalq Uşaq Muğam Festivalı bu il 13-cü dəfə müxtəlif ölkələrdən ifaçıları bir araya gətirib.
1001info.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin iştirakı, “Nurgün Group” və “Bestcomp Group”un sponsorluğu, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən festivalın final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilib.
Tədbiri “Kainat” Gənclik Mərkəzinin direktoru Kamran Rəsulzadə açaraq bildirdi ki, pandemiya fasiləsindən sonra davam edən builki festival Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivalın məqsədi muğam sənətimizi respublikamızda və xaricdə təbliğ etməkdir. 1996-cı ildə respublika miqyaslı festival kimi əsası qoyulan və daha sonra beynəlxalq festivala çevrilən layihə müxtəlif ölkələrdən istedadların (16 yaşadək) üzə çıxarılması və dəstəklənməsinə, muğam sənətinin yaşadılması və təbliğinə, yaradıcılıq əlaqələrinə və bu sənətin tədrisi sahəsində təcrübə mübadiləsinə töhfə verir.
Final mərhələsində festivalın formatına uyğun olaraq hər ölkəni 3 gənc istedad və 1 mütəxəssis (beynəlmiləl münsiflər heyətinin üzvü) təmsil edib.
Görkəmli tarzən, Xalq artisti Ağasəlim Abdullayevin sədrlik etdiyi beynəlxalq münsiflər heyəti qarşısında Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan ifaçılar öz məharətlərini nümayiş etdiriblər. Sonra festivalın qalibləri müəyyən olunub.
Festivalın baş mükafatını ölkəmizdən Mətləb Əhmədzadə qazanıb. I yerə Bark Örenoğlu (Türkiyə) və Soyun Orazdurdiyev (Türkmənistan), II yerə Mədinə Kərimjonova (Özbəkistan) və Salar Purmuhseni (İran) layiq görülüblər. Aybike Kadıraliyeva (Qırğızıstan) Madi Yeldessov (Qazaxıstan) və Yusif Sadıqov (Azərbaycan) isə III yerin sahibi olublar.
Bundan başqa, “Festivalın ən gənc əcnəbi iştirakçısı” nominasiyası üzrə Şahzoda Jalolova (Özbəkistan) və “Yüksək milli koloritin nümayişinə görə” nominasiyası üzrə Soyun Orazdurdiyev (Türkmənistan) Azərbaycan Mədəniyyət Nazirliyinin diplom və mükafatlarına layiq görülüblər.
Həmçinin beş iştirakçıya həvəsləndirici mükafat, eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyi və festivalın təşkilat komitəsi tərəfindən xüsusi nominasiyalar üzrə laureat olan iştirakçılara diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, XIII Beynəlxalq Uşaq Muğam Festivalının Azərbaycan üzrə seçimləri aprelin 15-də keçirilib və 78 iddiaçı arasından 3 nəfər finalda ölkəmizi təmsil etmək hüququ qazanmışdı.


 

Digər xəbərlər