ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Xocalı” İdman klubu "XOCALIYA ƏDALƏT" şüarı altında döyşlər keçirir
İDMAN
11.02.2024, 14:10 Oxunub: 4018'Hər il olduğu kimi bu il də ənənəvi olaraq “Xocalı” İdman klubu Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Fedarasiyasının rəhbərliyi və “Dayaq” təşkilatı, “Modern İnkişaf və Ailə Təşkilatı”nın dəstəyi, “Xocalı” İdman Klubu və “Khojaly Global Promotion” şirkətinin təşkilatcılıgı ilə XOCALI KUBOKU - 6 Kikboksinq , K-1 Peşəkar döyüşlərini təşkil edir. Yarışa Respublika üzrə 100-ə yaxın idman klubları, 500 -dən çox yeniyetmə, gənc kikboksçular qatılacaqlar
Xocalı idman Klubunun, Khojaly Global Promotion şirkətinin Prezidenti, 5 qat WAKO Dünya çempionu, Peşəkarlar arası WAKO Avropa kəmərinin sahibi, Prezident mükafatçısı Ehram Məcidov 1001info.az-a bildirib ki, "XOCALIYA ƏDALƏT" şüarı altında keçirilən döyüşlədə əsas məqsəd bu soyqırım haqqında gənc nəsli məlumatlandırmaq, dünya idman İctimaiyyətinin diqqətini Xocalı Soyqırımına cəlb etməkdir. Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlara dəstək olmaqdır.
Xatırladaq ki, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Xocalı İdman klubu da illərdi bu cağırışa qoşularaq Xocalı həqiqətlərini dünya idman ictimaiyyətində çatdırmağa çalışır.
Əziz dostlar, “Xocalıya ədalət!” ümumdünya sülh çağırışıdır. Böyük Zəfərlə Xocalı soyqırımı qurbanlarının ruhu şad olub, onların qisası alınıb, lakin bu, faciənin unudulmasına əsas ola bilməz!
Yarışmanın rəsmi hissəsi 18 Fevral saat 17:00- da Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutacaq.
“Xocalı” idman klubu” və “Khojaly Global Promotion” şirkəti Xocalı Soyqırımını anmaq, idmançılarımıza dəstək olmaq üçün hər bir Vətən övladını, Vətənini sevənləri tədbirdə iştirak etməyə çağırır.