ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Yol gedirsən neçə ildi... Eldən elə, Nazlı, Nazlı...
ƏDƏBİYYAT
09.02.2024, 13:15 Oxunub: 51811001info.az “Günün şeiri” rubrikasında filoloq-alim, professor, tanınmış şairə Mahirə Nağıqızının “Nazlı, Nazlı “ şeirini təqdim edir.
Xatırladaq ki, Mahirə xanımın anası, bu günlərdə vəfat edən Nazlı Nağıyeva Vətən-yurd nisğili, Dərələyəz həsrəti ilə dünyadan köçdü.
Dərələyəz mahalının ağbircək anası Nazlı nənə 1932-ci ildə dünyaya göz açıb, övladları bu gün dövlətçiliyimizin qorunması‚ ölkəmizin milli maraqlarının təmin olunması yolunda əzmlə çalışır, vətənimizə ləyaqətlə və sədaqətlə xidmət edırlər.
Allah rəhmət eləsin!
Nazlı, Nazlı
De, hardan köçün gəlir,
Özün belə nazlı-nazlı.
Birin gedir, üçün gəlir,
Gəlmə dilə, Nazlı, Nazlı!
Dərələyəz ağır eldi,
Qədrini bilənlər bildi.
Yol gedirsən neçə ildi
Eldən elə, Nazlı, Nazlı.
Böyüməmiş ana oldun,
Tez oyandın, gec uyudun.
Ayağını şehdə yudun,
Dərdin yelə, Nazlı, Nazlı!
Atama qardaş olubsan,
Ocağına daş olubsan.
Qız, gəlində baş olubsan,
Düşüb dilə, Nazlı, Nazlı.
On bir övlad yükü çəkdin,
Asanı yox, bərki çəkdin.
Hamımızdan ərki çəkdin,
Bilə bilə, Nazlı, Nazlı.
Mirzəlioğlu – baş ocağın,
Uca adı – umacağın.
Xoş günlərin, gözəl çağın
İndən belə, Nazlı, Nazlı.
Ağacınıq, götür barı,
Bizimlə bağla ilqarı.
Həsən Mirzə yadigarı,
Durma elə, Nazlı, Nazlı.
Dünya uzun, yolu kəsə,
Yolçuları bəhsə-bəhsə.
Mahirə bəxşiş istəsə.
Düşmə felə, Nazlı, Nazlı.