usd-1.7000 eur-1.9272 rub-2.0463
Bakı 18°C 1.25 m/s
Son xəbərlər
25-04-2025
24-04-2025
23-04-2025
22-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bu yurdumun təbiətinə yağan qardan danışıram

details

ƏDƏBİYYAT

01.03.2025, 00:54 Oxunub: 2730

1001info.az "Günün şeiri" rubrikasında  Fuad Biləsuvarlının şeirini təqdim edir.

Bu yurdumun təbiətinə yağan qardan danışıram

Başımıza göy üzündən bol nemətli yağan qardan,
Bol ruzidən xəbər verən bərəkətli yağan qardan,
Öz andına sadiq qalan sədaqətli yağan qardan,
Danışıram.
Bir bəndənin qismətinə yağan qardan danışmıram!

Rəbb tərəfdən hər arzular, hər diləklər qəbul olur?
Olur, olur, Allah haqqı, qiblə haqqı oğul olur.
O işlərlə göydə Rəbbim, Yaradanım məşğul olur,
Kimininsə ismətinə yağan qardan danışmıram!

Artıq tamah baş yarar bil,  aza qane olmalıyam,
Əgər çörək yoxsa bu gün, duza qane olmalıyam,
Rəbb də mənə söz veribdi, sözə qane olmalıyam,
İnsanların sərvətinə yağan qardan danışmıram!

Neynirəm e, kim harada özü üçün bağ salıbdı,
Sağlığına qismət olsun, nə salıbsa sağ salıbdı,
Nə istisi, nə soyuğu desinlər o, şah olubdu,
Varlıların şöhrətinə yağan qardan danışmıram!

Vətənimin gözəlliyin, ağ gününü çox eləyən,
Pis gününü azaldaraq, tamamilə yox eləyən,
İldə bir ay  həddin aşıb, çox yağaraq  ağ eləyən, 
Bu yurdumun təbiətinə yağan qardan danışıram! 

Fuad Biləsuvarlı
 

Digər xəbərlər