usd-1.7000 eur-1.9706 rub-2.0981
Bakı 18°C 3.53 m/s
Son xəbərlər
13-10-2025
09-10-2025
08-10-2025
03-10-2025
30-09-2025
29-09-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir... - Günün şeiri

details

ƏDƏBİYYAT

19.05.2023, 11:44 Oxunub: 2954

1001info.az  "Günün şeiri" rubrikasında Söz xiridarı Əliağa Vahidin yaradıcılığına yer ayırıb.

       Dəlidir
Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir
Eşq olan yerdə bütün aqilü dana dəlidir.
Saldı Yusif kimi öz sevgilisin zəncirə
Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir.
Eşq zincirinin iftadəsi bir mən degiləm
Həvəs-i silsileyi eşq ilə dünya dəlidir.
Sarılır çiğninə gah qoynuna, gah qamətinə
Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir.
Bir vəfasız gül üçün naləsi dünyanı tutur
Aşiqin qəlbi kimi, bülbülü şeyda dəlidir.
Bircə Şirin ilə Fərhada məzəmmət yoxdur
Vadiyi eşqdə Varmiq dəli, Əzra delidir
Əl götürməz bu qara gözlülərin zülfündən
Hər yetən zənn eləyir Vahidi guya dəlidir.

 

Digər xəbərlər