ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Düyməcik” nağılı əsasında qurulan tamaşa yenidən nümayiş olunacaq

MƏDƏNİYYƏT
23.01.2025, 16:54 Oxunub: 683“Düyməcik” yenidən səhnədə
Yanvarın 25-də Azərbaycan Dövlət Kukla Teatrında məşhur nağılçı Hans Xristian Andersenin “Düyməcik” nağılı əsasında qurulan tamaşa yenidən nümayiş olunacaq.
Teatrdan bildirilib ki, açıq kukla idarəetmə texnikasından istifadə edilməklə hazırlanan musiqili nağıl-tamaşada fərqli plan və forma seçilərək animasiya ilə klassik kukla estetikası vəhdətdə verilib.
Maraqlı və baxımlı olduğu qədər də ibrətamiz nümunədə əsərdən irəli gələn əsas xətt - insanı bütün arzularına çatdırıb, möcüzələrə inandıran saf hiss və ümidlərini saxlamaqla dinamik yozuma nail olunub.
Çiçəkdən doğulmuş barmaq boyda gözəl bir qızcığazın nağılını “danışan” bu nümunə 1835-ci ildə Danimarkada çap olunub və elə o vaxtdan müəllifini tanıtmağa başlayıb. Müəllif təxəyyülünün məhsulu olan “Düyməcik” 1907-ci ildən teatr səhnələri və animasiya filmlərinin mövzularından biridir.
