usd-1.7000 eur-1.8866 rub-0.0189
Bakı 22°C 0.67 m/s
Son xəbərlər
15-09-2024
08-09-2024
04-09-2024
30-08-2024
29-08-2024
21-08-2024
16-08-2024
11-08-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"Hədəf Şirkətlər Qrupu"nun qurucusu Şəmil Sadiqin doğum günüdür

details

CƏMİYYƏT

04.09.2024, 16:36 Oxunub: 560

Bu gün  "Hədəf Şirkətlər Qrupu"nun qurucusu və baş direktoru Şəmil Sadiqin doğum günüdür. 

Qeyd edək ki, Şəmil Kamil oğlu Sadıqov 1978-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Babək Rayonunun Nehrəm kəndində doğulmuşdur.  BDU-nun filologiya fakültəsinə qəbul olmuş, bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. Üniversitetdə oxuduğu müddətdə fakültə THİK-nin sədri olmuş, ictimai və elmi fəaliyətinə görə dəfələrlə təşəkkürnamə ilə təltif edilmişdir.
2003-2006-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat Institutunun əyani aspirantı olmuş, 2007-ci il may ayında  "Hüseyn Cavid yaradıcılığında qəhramanlıq konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
2008-ci ildə şəxsi təşəbbüsü və səyi nəticəsində “ Hədəf Kursları” MMC-i təsis etmiş və hazırda həmin kursda direktor vəzifəsində çalışır.
2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi” mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür.
2006-2007-ci illərdə AR Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir.
Bir müddət “Vətən Övladı” qəztinin redaktoru olmuş Sadıqov Şəmil Kamil oğlu 10 elmi və metodik kitabın: "Hüseyn Cavid yaradıcılığında sənətkarlıq məsələləri" adlı kiçik monoqrafiyanın, "10-11-ci sinif şagirdləri üçün ədəbiyyat" metodik vəsaitin, "10-11-ci sinif şagirdləri üçün Ədəbiyyat test bankı” nın, “5-11-ci sinif şagirdləri üçün Azərbaycan dili test bankı"nın, "5-11 siniflər şagirdləri üçün Azərbaycan dili" dərs vəsaitinin, "Azərbaycan dilinin vurğu lüğəti"nin, "Azərbaycan dilini öyrənək" xarici vətəndaşlar üçün vəsaitinin, "3-cü sinif Azərbaycan dili İş dəftəri"nin, "Ədəbiyyat yaddaş kitabı"nın, "Rus bölməsinin 5-11 sinifləri üçün Azərbaycan dili" metodik vəsaitinin , 20-dən çox elmi məqalənin və 2 bədii kitabın müəllifidir.

1001info.az filologiya elmləri üzrə fəlsəfə doktoru, yazıçı-dramaturq Şəmil Sadiqi doğum günü münasibətilə təbrik edir və ona möhkəm cansağlığı, ailə səadəti və daha böyük uğurlar  arzu edir.

Digər xəbərlər