usd-1.7000 eur-1.8451 rub-0.0174
Bakı 16°C 13.4 m/s
Son xəbərlər
16-10-2024
14-10-2024
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Professor Aida İmanquliyevanın xatirəsi anılıb

details

CƏMİYYƏT

10.10.2024, 17:21 Oxunub: 228

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 85-ci ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb, məzarı üzərinə əklil qoyub.

525.az-a institutdan verilən məlumata görə, AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxış edərək Aida İmanquliyevanın şərqşünaslıq elminə böyük töhfələr verdiyini, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru kimi bu sahənin inkişafında böyük xidmətləri olduğunu deyib.

Dünyaşöhrətli şərqşünaslarla bir sırada adı çəkilən Aida İmanquliyevanın Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olduğunu bildirən akademik G.Baxşəliyeva onun əsərlərinin dönə-dönə oxunulduğunu, təhlil və tədqiq edildiyini, tərcümə olunduğunu, yenidən işıq üzü gördüyünü deyib.

Görkəmli alimin həyatdan erkən getməsinin onun həmkarlarını və tələbələrini hədsiz kədərləndirdiyini və sarsıtdığını qeyd edən G.Baxşəliyeva Aida İmanquliyevanın əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını deyib.

Anım mərasimində iştirak edən AMEA-nın Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva Aida İmanquliyevanın müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu deyərək, onun Azərbaycan şərqşünaslığının inkişafına böyük töhfələr verdiyini bildirib.

Digər xəbərlər