ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
ÜÇ NÖQTƏ... yoxsa NİDA !
CƏMİYYƏT
30.08.2024, 11:37 Oxunub: 1051Günün birində Müdrik Prezidentimiz İlham Əliyev Cənablarının " Qərbi Azərbaycan- Göyçədə daxil olmaqla Nida işarəsi" deyəcəyi gün ümidilə...- Məlahət İsmayılqızı yazır
ÜÇ NÖQTƏ... yoxsa NİDA !
Düşüncələrimiz haçalananda, fikirlərimizi naməlumluq bürüyəndə, şübhəli məqamlar, yaryarımçıq dağa dirənən işlərimiz və nədi bu üç nöqtə. Bəlkə mənhus talemi, yarım nəğmələrmi, yazılmamış qanunlarmı, bəstələnməmiş nəğmərmi, nakam sevgilərmi yoxsa sonlanmamış vida nəğmələrinin həzin sonumu, - sonluğumu,yoxsa sonmu və budamı üç nöqtə...
Bu nöqtələr həsrətin, nisgilin, yoxsa bir çox doğru- düzgünləri gizlətmək üçün sətiraltımı, yoxsa ezop dili- ezopsayağı insanları aldatmaqmı... yenə də bu üç nöqtə.
Biri vardı, biri yoxdu... yenə də nöqtələr, axı Göyçədə hər şey vardı, halallıq adlı Ocaqlarımız- bərəkət də, ruzi də, İnsanlıq da.. lakin bu gözəl, altı- üstü sərvət olan torpaqların, Müəqəddəs Ocaqların qədrini, torpağının qüdrətini, təntənəsini hələ də anlamayan – dərk edəməyənlər vardı. Elə bu gün də var... və yenə də üç nöqtə. Göyçənin gözü idi BASARKEÇƏR rayonu və onun kəndləri- köyləri.
Və bu üç nöqtələrə İlham Əliyev Cənabları “QARABAĞ AZƏRBAYCANDIR” !- nida işarəsi ilə son qoydu.
Ancaq Göyçə üçün, o cümlədən Qərbi Azərbaycan üçün son hələki üç nöqtələrlə bitir... Elə bu günlərdə Qazax rayonunun 4 kəndinin qaytarılması məsələsi və İlham Əliyevin güclü diplomatiyası öz sözünü dedi. Sözsüz ki, bütün bunlar dünya şöhrətli, müdrik siyasətçi Liderimizin uzaqgörən siyasətindən doğur. Sözsüz ki, yaxın zamanlarda digər problemlərə də son nöqtə qoyulacaq. Lakin erməni adlı daşnakın xisləti heç dəyişməyəcək, ayın 23- də Azərbaycan- Türkiyə bayraqlarının yandırılması, müstəqil dövlətlərin simvollarının təhqir edilməsi ... sözsüz ki, sülh sazişinə və razılaşmalara gedən yolda yenə də təxribatlar, yenə də sözsüz ki, zaman gəlincə erməni millətçiləri cavab verəcəklər.
Çox çalışdım yazılarımda üç nöqtə olmasın, çox çalışdım. Həyat nədən, nələrdən çaat verir ki, bu üç nöqtələr olmasın. Lakin yenə də...
Və inanıram ki, İlham Əliyev Cənabları neçə ki, “Qarabağ Azərbaycandır” nida işarəsi deyərək hələ sözünü çox deyəcək.
Və yenə də gün gələcək bütün Azərbaycanın uğurları o qədər gözlər qamaşdıracaq ki, nida bir daha qoyulacaq !
Xaçlı dünyası, Amerika, Fransa və bir sıra Qərb dünyası ermənini deyil erməni xaçını, dünya səlibçiliyinin dəstəyi ilə, havadarlığı ilə hələ də öz çirkin oyunlarını – türk müsəlman dünyasına qarşı işğalşılıq və soyqırım əməlindən əl şəkmirlər. İçimizdən, qəlbimizdən, düşüncələrimizdən üç noqtə nə vaxt silinəcək, yaxud silinəcəkmi... məncə yox, çünki, insan İnsan olaraq yaşamaq istər, deyə bilərik ki, bu dilin qrammatik qanunlarına əsaslanır, durğu işarəsidir. Doğru, lakin şöhrətpərəst, maddiyyət əsiri olmağın, dünyanı öz iddiaları uğruna xərcləyənlər olduqca, iddialiliq, xainlik var olduqca olacaq bu uç nöqtələr. Yarımçılpaq bir dünyanın al- ver üzərində qurulan kor düşüncələrin iddiası bu. Milyonların əsiri olmanın iddiası bu... Və yenə də üç nöqtə.
Uzaq, ama əzəmətli dağların kölgəsi belə özü kimi dərdli olur. Uzaqlaşdıqca Göyçənin yazı- pozusu, şeiriyyəti, saz- söz dahiləri, ziyalıları, onların əməlləri daha da aydın, əzəmətli görünür. Göyçə idi buralar.
GÖYÇƏ Nuhun oğlu Yafəsin və onun oğlu Türkün Ata yurdu və Oğuz xanın vətəni olmaqla özündə Ulu Türkün, onun bəşəri mənəviyyatı, əxlaqi kamilliyi, saz və söz sənətinin ən dərin qatlarını qorumaqla, həm də bunların yaradıcısıdır. Və üç deyil, sadəcə nöqtə. Hətta artıq nida belə qoyla bilər!
Burada artıq üç nöqtə qoymağa eytiyac yoxdur, çünki bunlar mütləqdir və Ata- Ana Yurdumuzdur. Və Tanrı özü bunları bizə, bizim sonsuz Vətən sevgimizə, inadlı mübarizəmizə qaytaracaq. Tanrının ədaləti mizan- tərəzisi qaytaracaq öz yurdlarımızı bizə. Məhz nida da həmin gün qoyulacaq, məhz həmin gün üç nöqtə aradan həmişəlik qaldırılacaq.
Yandı Kərəm, Yandı Kərəm... nədən, nədən... yenədəmi üç nöqtə, yenədəmi erməni məkri – erməni axçilərinə aşiq olacaq Kərəmlərimiz...
Nə isə.. yenə də üç nöqtə...
Həyat bizi atəşdən- atəşə atır. Hər zaman daha gözəl olacaq ümidilə yaşayırıq, sabahın bu gündən gözəl olacağını düşünərək sabah adlı gələcəyi gözləyirik.
Və ömrümüz su kimi də axıb gedir, boş ümidlərlə dolu olan ömrümüz və yenə də üç nöqtə...
Təkbaşına olmaq, çətindir, hər şeyin ilkini etməlisən, sən etməlisən, özün etməlisən. Ədəbiyyat bir az yalnızlığın və tənhalığın yeridir. Və məhz burada bizə nə lazım, bir vərəq, bir qələm, beyinə də yazıla bilər, ürəyə də. Al- ver olmadan yaşanan ömür və alvesiz həyat, xislət naqissə, qarşıdakından qorunacaqsan !
Dönüşü olmayan ayrılıqlar mövcuddur, vaxt var ikən... yenədəmi üç nöqtə ?
Xəyanət nəticəsində öldürülmüş, sonradan dirilən adam... bu nə demək...yəni xəyanətin necə bir murdar- alçaq insanı keyfiyyət olduğunu bir daha anlamaq, yoxsa yenədəmi üç nöqtə.
Nədən yükümü ağır etdin Allah,
Bəxtimi fağır,
Könlümü yazıq etdin Allah !
Sən Allahsan, Mən bəndə !
Nədən, nədən...
Yenə də nəsnəsələr, yenə də nikbin olaq, çünki, Azərbaycan xalqı, Prezidenti, Müzəffər Ordumuz- Qalib xalqın Qalib Ordusu erməni – daşnak, xaç bəlasından qurtulacağı gün – bu gün də ola bilər illər sonra da. Hələki üç nöqtə...
Gün o günlərdən olsun ki, müdrik siyasətçimiz, Prezidentimiz tərənindən daşnak millətçilərinə “Bu da Son” deyərək nida qoysun !
MƏLAHƏT İSMAYILQIZI
AYB- nin, AJB- nin üzvü, Qızıl Qələm mükafatı,
Dədə Ələsgər Ocağı İctimai Birliyinin Fəxri Diplomu