usd-1.7000 eur-1.7724 rub-1.6318
Bakı 5°C 2.08 m/s
Son xəbərlər
25-12-2024
24-12-2024
23-12-2024
20-12-2024
19-12-2024
18-12-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

17 iyun Tibb işçilərinin peşə bayramıdır- Simuzər Hacıbalayeva yazır

details

CƏMİYYƏT

05.06.2024, 13:17 Oxunub: 3161

Bildiyimiz kimi , Cümhuriyyət Hökumətinin  ilk qərarlarından biri ilə 17 iyun 1918- ci ildə Səhiyyə Nazirliyi  yaradılmışdır. Dahi, Ulu  öndər Heydər Əliyev özünün 4 iyun 2001-ci ildə imzaladığı Sərəncamıyla həmin günü, yəni 17 iyun tarixini Azərbaycanda Tibb işçilərinin Peşə bayramı günü kimi əbədi olaraq rəsmiləşdirmişdir.
  Açığı son 3 ildə bu bayram biz Nərimanov  adına Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırkı Tibb Universiteti) 1972-ci il məzunları üçün ikiqat bayramdır. Çünki, 2022-ci ildə 1972-ci ilin məzunu Taryel Eyvazovun rəhbərliyi ilə məzunlardan ibarət     yaradılmış Təşkilat qrupu sözün həqiqi mənasında yüksək fədakarlıq göstərərək,  institutu bitirməyimizin  50 illiyini Respublika miqyasında yüksək səviyyədə keçirməklə bir daha bizi şair demiş: "Sızlər yada düşəndə ürəyimin telləri, O mehriban, o əziz tələbəlik illəri"nə apardı.
    Bununla yanaşı, buraxılışımızın 50 illiyinə həsr edilmiş, "Kaş ki, bir də görüşək..." kitabının işıq üzü görməsindən sözün həqiqi mənasında qürur hissi keçiririk. Deyərdim ki, ATU-nun 1972-ci il buraxılışı(1972-2022) məzunlarının 50 illik həyat və yaradıcılığına  həsr edilmiş bu kitab səhiyyə sahəsində bir ilkdir! Bu kitabı oxuyarkən, bir daha 1966- 1972-ci ildə məzun olmuş tələbə dostlarımızın əmək və elmi fəaliyyətlərinə heyran olursan. Kitabdan qısa xatırlamaları bir daha yada salmaq istərdim.
  Prezident Sərəncamı ilə Qalib  Qarayev əməkdar elm xadimi, respublikanın əməkdar həkimi və Tərəqqi medalı ilə təltif edilib. Adil Tağıyev, Cabir Məmmədov( hər ikisi həm əməkdar həkim, həm də Tərəqqi medalı), Adil Salahov, Davud Pənahov, Elmira Əliyeva (həm  də Dövlət qulluqçusu), Etibar Həşimov, Əlixeybər Axundov,  Nəzakət Süleymanova, İskəndər Bağırov, Kamil İbadov, Kamil İsgəndərov(həm də ilin  ən yaxşı idman həkimi və Prezident təqaüdçüsü), Kifayət Həmidova, Malik Şükürov, Məhəbbət Qəmbərova, MirKamal  Seyidov, Püstə Əsgərəliyeva, Sədətxan Əliyev, Südabə Nəbi qızı,  Svetlana Mjrzəyeva, Yavər Şıxəliyev, Taryel Eyvazov. Bundan əlavə polkovnik-leytinant Asəf Hüseynov "Hərbi xidmətlərinə görə"  medalı,  MirKazım Kazımi "Fəxri Dəmir Yolçu".
 Onlarla professorlar, səhiyyə əlaçıları, rəhbər işçilər, ən əsası ucqar rayon və kəndlərimizdə eləcə də ölkəmizdən kənarda Moskvada- Nailə Ələkbərova, Elbrus Bayramov, Yusif Əmiraslanov,qardaş Türkiyədə- Ələkbər Zeynili, Alma-Atada Cavanşir Səlimov, Gürcüstanda Eldar Qəhrəmanov, Rastov vilayətində Faiq Hümmətov və s. həkim adını ləyaqətlə daşıyanların da əmək və ictimai fəaliyyətləri  barədə ətraflı məlumatlar verilmişdir. Bütün bunlara görə kitabın müəllifi tələbə dostumuz Taryel Eyvazova qrupumuz və onların ailə üzvləri adından dərin təşəkkürümüzü bildiririk. 
   Bunlarla yanaşı həm də artıq iki ilə yaxındır ki, onlayn fəaliyyət göstərən "72-lər qrupu" öz üzvlərini daha da doğmalaşdırıb.
  Böyük ruh yüksəkliyi ilə bildirirəm ki, 2022-ci ildə keçirdiyimiz görüşdən  sonra bu günə qədər qrupumuzun bütün üzvləri sağ-salamatdır  və hazırda da qrupda fəallıq göstərirlər. Onlardan Məhəbbət, Zenfira, Tünzalə, Südabə, Xalidə, Kamil, Zakir, Ramiz və s. adlarını ayrıca qeyd etməmək olmaz.
   Təəssüf hissi ilə bildirirəm ki, bu 50 ildə bizim dünyasını dəyişən çoxsaylı tələbə yoldaşlarımız da vardır ki, biz onları və hamımız üçün müqəddəs olan Şəhidlərimizin əziz xatirəsini həmişə böyük ehtiramla yad edirik! Allah rəhmət eləsin. 
   Hal hazırda gənclik ruhu ilə yaşayan əziz tələbə dostlarım Sizi qarşıdan gələn 17 iyun Tibb işçilərinin Peşə Bayramı günü və İnstutu bitirməyimizin 52-ci il dönümü münasibətilə öncədən səmimi qəlbdən təbrik edirəm, Sizə uzun ömür, can sağlığı arzulayaraq deyirəm: Yaşayın, sağlam yaşayın! 
   Hamınız,  17-iyun tarixdə buraxılışımızın 52-ci ilinə həsr edilən Görüşə dəvətlisiniz! Kaş ki, bir də görüşək...!
                       

   Hörmətlə, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstutunun (hazırkı Tibb Universiteti) 1972-ci il məzunu

Simuzər Hacıbalayeva,
Səhiyyə əlaçısı

 

Digər xəbərlər