ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Alimlərimizin tibbin ən aktual problemlərinə dair məqalələri nüfuzlu “British Medical Journal”da
SAĞLAMLIQ
04.09.2024, 12:00 Oxunub: 409
Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) dəstəyi ilə assosiasiyanın üzvü olan tibb üzrə alimlərin beynəlxalq elmi bazalarda mütəmadi olaraq məqalələri çap olunur.
Ötən həftə ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müdiri, tibb elmləri doktoru, professor Nailə Sultanova, APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə, tibb üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Hacıyeva, tibb üzrə fəlsəfə doktoru, dosent Fəxriyyə Məmmədova, tibb üzrə fəlsəfə doktoru, dosent Lalə Hidayətova və tibb üzrə fəlsəfə doktoru Aysel Süleymanlının Böyük Britaniyanın nüfuzlu “British Medical Journal” (BMJ) nəşrində elmi məqalələri dərc edilib. Yüksək keyfiyyətli orijinal tədqiqat məqalələri və hesabatlar yayımlayan bu jurnal dünya səhiyyəsinin diqqətindədir.
Alimlərimizin məqalələri “Uzun müddət davam edən COVID-19 zamanı uşaqlarda miokardın tranzitor hipoksiyası” və “Qızılca xəstəliyinin diaqnostikasında qızılca əleyhinə immunoqlobulin M-in (İgM) əhəmiyyəti” mövzularında olmaqla müasir tibbin ən aktual problemlərinin tədqiqinə, eləcə də faktiki vəziyyətin qiymətləndirilməsi və həlli yollarının axtarılmasına həsr olunub.
Sözügedən məqalələr ölkə daxilində və xaricində tədqiqat sahəsinin alimlərinin geniş marağına səbəb olub.
Azərbaycan Pediatrlar Assosiasiyasının 12 ildən artıqdır ki, üzvü olduğu Avropa Pediatriya Assosiasiyası/Avropa Milli Pediatriya Cəmiyyətləri və Assosiasiyaları İttifaqı (EPA-UNEPSA) ilə birgə əməkdaşlığı çərçivəsində tibb üzrə alimlərimizin məqalələrinin nüfuzlu elmi jurnallarda dərc edilməsi EPA-UNEPSA tərəfindən də dəstəklənir.
Qeyd edək ki, 11-ci Avropa Pediatriya Konqresində ölkəmizi təmsil edən bu azərbaycanlı həkimlər “EPA-UNEPSA-nın elm medalı”, tibbə dəyərli elmi töhfəsinə görə TÜBİTAK-ın sertifikatı, təşəkkürnaməsi, eləcə də “Avropa CME”nin Sertifikatına layiq görülüblər.