usd-1.7000 eur-1.8462 rub-0.0178
Bakı 13°C 8.25 m/s
Son xəbərlər
18-10-2024
16-10-2024
14-10-2024
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Azərbaycan Dövlət Kukla Teatrında Elza Seyidcahanın yubileyi keçiriləcək

details

MƏDƏNİYYƏT

08.07.2024, 15:54 Oxunub: 1411

İyulun 9-da Azərbaycan Dövlət Kukla Teatrında Respublikanın Əməkdar artisti, bəstəkar və ifaçı Elza Seyidcahanın 55 illiyinə həsr olunmuş “Elza və kuklalar” adlı tədbir keçiriləcək.

1001info.az  xəbər verir ki, bəstəkarın yubiley görüşündə onun uşaq və yeniyetmələr üçün yazdığı mahnılar səslənəcək.

Populyar estrada mahnıları səhnəmizin tanınan simaları ilə yanaşı “Oyuq” Sənət Məktəbi yetirmələrinin ifasında solo və xor nömrələri kimi təqdim olunacaq.


Yubiley gecəsi Elza Seyidcahanın bəstəkarı olduğu “Şəngülüm, Məngülüm” tamaşasının nümayişi ilə bitəcək.

Xatırladaq ki, Mikayıl Müşfiqin yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poema əsasında hazırlanan tamaşa yeni səhnələşdirmədə “Şəngülüm, Məngülüm” kimi (2017) təqdim olunub.

Teatrın baş rejissoru Anar Məmmədovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Ümumilikdə 12 mahnının yer aldığı tamaşanın ifaçısı Akademik Musiqili Teatrın aktrisası Ülviyyə Əliyevadır.

Digər xəbərlər