usd-1.7000 eur-1.8590 rub-0.0176
Bakı 18°C 5.06 m/s
Son xəbərlər
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024
16-09-2024
15-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Beynəlxalq Muğam Mərkəzində  “Hindistan-Azərbaycan: mədəniyyətlərin qovuşması” adlı tədbir keçirilib

details

MƏDƏNİYYƏT

23.09.2024, 15:15 Oxunub: 395

Son üç ildə Azərbaycanda 28 Bollivud filmi lentə alınıb

 

Beynəlxalq Muğam Mərkəzində (BMM) “Hindistan-Azərbaycan: mədəniyyətlərin qovuşması” adlı tədbir keçirilib.

1001info.az  xəbər verir ki, Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və BMM-in dəstəyi ilə reallaşan tədbirdən əvvəl qonaqlar hind mədəniyyətini təbliğ edən kitab sərgisi ilə tanış olublar.

Tədbirdə açılış nitqi söyləyən səfir Sridharan Madhusudhanan Azərbaycan ilə Hindistan arasında əlaqələrdən danışıb. Azərbaycan xalq musiqisini və mətbəxini çox sevdiyini deyən diplomat mədəniyyətlərimiz arasında oxşar cəhətlərin də olduğunu qeyd edib: "Hazırda Azərbaycan Hindistan kinematoqrafçılarının məkan olaraq ən çox müraciət etdikləri ölkədir. Bollivud filmlərinin çəkilişi üçün populyar məkana çevrilən Azərbaycanı daha çox tanıyır və sevirlər. Son üç ildə Azərbaycanda 28 Bollivud filmi lentə alınıb. Eyni zamanda, Hindistandan turist səfərlərində də artım müşahidə edilir..."

Səfir Azərbaycanın regionlarına da səfər etdiyini, buranın təbiətini çox sevdiyini, mədəniyyətimizlə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edib. Konsert proqramı ilə davam edən gecədə Hindistan və Azərbaycanda çox sevilən musiqi və rəqs nümunələri təqdim olunub.

Digər xəbərlər