ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Cəlilabad rayonunda Hacı Qəni Camalzadənin "Şeytana daş atanlar" kitabının təqdimat mərasimi keçirilib

ƏDƏBİYYAT
17.02.2025, 17:54 Oxunub: 630Fevralın 1-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxansı, Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar birliyinin üzvü, 1-ci Qarabağ müharibə veteranı, tarixi romanlar və çoxsaylı hekayələrin müəllifi Hacı Qəni Camalzadənin 15 cilldən ibarət Seçilmiş əsərlərinin 6-cı "Şeytana daş atanlar" cildinin təqdimat mərasimi keçirilib.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Fuad Əzizov, Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Qənimət İsrafilova, yazıçı-kulturoloq, ictimai xadim Aydın Xan Əbilov, ADPU Cəlilabad filialının müəllimi, fəlsəfə doktoru, AYB-nin üzvü, Prezident təqaüdçüsü, Folklorşünas-alim Bilal Alarlı, Prezident təqaüdçüsü, şair Gülbala Teymur, AYB-nin üzvü, şair Ədalət Salman, AYB-nin üzvü, şair Şahin Həmidli, AYB-nin üzvü, şairə Ruhiyyə Abbaszadə, rayon ziyalıları və oxucuları, şəhid ailələri, MKS-in əməkdaşları və Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan aparıcı Müşahidə Nərimanova tədbir iştirakçılarını salamlayaraq, çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, tarixi romanlar və çoxsaylı hekayələrin müəllifi Hacı Qəni Camalzadənin həyatı və yaradıcılığı haqqında geniş və ətraflı məlumat verib.
Tədbirdə çıxış edənlər Hacı Qəni Camalzadənin kitabları barədə öz fikirlərini ifadə edərək ömrünü şam kimi ədəbiyyat yolunda yandıran, qədim tariximizə yeni doğru baxış, dini-mənəvi problemlərə fərqli prizmadan baxan yazıçının daim axtarışda olduğunu vurğulayıblar.Qeyd edilib ki, yazıçı Azərbaycanda tanınmaqla yanaşı bir çox xarici dillərə də əsərləri tərcümə olunub.
Sonda yazıçı Hacı Qəni Camalzadə tədbirin hazırlanmasında xüsusi dəstəyi və əziyyəti olan Cəlilabad rayon MKS-nin rəhbərliyinə və kollektivinə, şəhid Fizuli Həbibinin atası Nizami Həbibiyə, eləcə də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinə və Cəlilabad sakinlərinə sonsuz təşəkkürünü bildirib.
