usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"COP29 Azərbaycanda böyük uğurla keçiriləcək" -  Nasser Luta

details

GÜNDƏM

11.06.2024, 14:42 Oxunub: 1164

"COP29 Azərbaycanda böyük uğurla keçiriləcək" -  Nasser Luta

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) böyük uğurla keçiriləcək və Dubayda təşkil edilən COP28-in davamı olacaq".
1001info.az  “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BƏƏ-nin rəqabətqabiliyyətlilik və biliklərin mübadiləsi nazirinin müavini Abdulla Nasser Luta deyib.
“Əminik ki, bu, COP-un ən yaxşı tədbirlərindən biri olacaq. İlin ən yüksək əhvali-ruhiyyədə başa çatmasında Azərbaycana uğurlar arzulayırıq. Biz həmçinin 2025-ci ilin fevralında keçiriləcək Dünya Hökumət Sammitində Azərbaycandan olan nümayəndə heyətini qarşılamağı səbirsizliklə gözləyirik. Bu tədbirdə ölkəniz bütün dövlət sektorlarında ən yaxşı təcrübələrini təqdim edə biləcək”, - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan və BƏƏ nazirləri arasında təcrübə mübadiləsi üçün bugünkü forum iki ölkənin bilik, təcrübə və gələcəyə baxışlarını bölüşməkdən ötrü bir araya gəldiyi ilk belə tədbirdir:
“Proqram BƏƏ ilə Azərbaycan arasında 2023-cü ilin fevralında imzalanmış təcrübə mübadiləsi proqramının nəticələrindən biridir”.
Nazir müavini ölkəsinin Azərbaycanla bütün sahələrdə daha sıx tərəfdaşlığa ümid etdiyini qeyd edib.
Xatırladaq ki, bu ilin noyabrında Bakıda COP29 keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Digər xəbərlər