ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
COP29-un Azərbaycanda keçirilməsi Türk dünyası üçün böyük hadisədir
GÜNDƏM
06.06.2024, 16:13 Oxunub: 1620Qırğızıstan parlamentinin sədri: COP29-un Azərbaycanda keçirilməsi Türk dünyası üçün böyük hadisədir.
COP29-un Azərbaycanda keçirilməsi həm də Türk dünyası üçün böyük hadisədir.
1001info.az məlumatına görə, bunu Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Bakıda keçirilən on üçüncü iclasında deyib.
Onun sözlərinə görə, TÜRKPA fəaliyyəti çərçivəsində qarşıya qoyulan məqsədləri uğurla həyata keçirir.
“Biz regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün TÜRKPA-nın fəaliyyətini genişləndirməliyik. Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 əlamətdar hadisə olacaq. Belə bir tədbirin Azərbaycanda keçirilməsi həm də Türk dünyası üçün böyük hadisədir. İnanıram ki, bu görüş də yüksək səviyyədə keçiriləcək. Qardaş Qırğız Respublikasının bu məsələdə həmrəyliyini diqqətə çatdırıram”, - sədr qeyd edib.
N.Şakiyev regional və qlobal problemlərin həlli yönündə əməkdaşlıqların inkişafının önəmli olduğuna diqqət çəkib.