usd-1.7000 eur-1.8582 rub-2.0804
Bakı 8°C 8.06 m/s
Son xəbərlər
18-03-2025
14-03-2025
11-03-2025
08-03-2025
01-03-2025
25-02-2025
24-02-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Gerçəkliyin həqiqi üzü- Nəcibə İLKİN yazır

details

ƏDƏBİYYAT

05.02.2025, 13:46 Oxunub: 1670

Gerçəkliyin həqiqi üzü

(Yazıçı Hüseynbala Mirələmovun “Gecə bənövşələri” kitabındakı əsərləri üzərində düşüncələrim)

Böyük türk sərkərdəsi Mustafa Kamal Atatürk yazırdı ki, “İnsanın sərvəti öz şəxsiyyəti olmalıdır”. Şəxsiyyət olmaq üçün isə millətini, xalqını sevmək, mənsub olduğu  cəmiyyəti düşünmək və onun yolunda canını qurban verməyi bacarmaq  lazımdır. Yazıçılar və qəhrəmanlar bu qəbildəndir. Biri qələmi ilə, o biri silahı ilə…

Həyatın nəbzini tuta bilən  yazıçı özünü oxucu qarşısına çıxarana qədər həyati gerçəkliyin reallığında özünü güzgüləyir və sonra onun qanunlarına tabe olmadan tale dediyimiz oyunun  əsirinə çevrilir. Və yalnız bundan sonra nədən yazıdığını düşünür. Düşündükcə isə baş verəcək hadisələrin niyə və nə üçün yaranmasının fəqinə varmır. Düşünür ki, həyat yalnız ölüm-dirim mübarizəsi və bir də yaşamaq həvəsidir.  Bu mənada həyatın yalan üzərində qurulan,  boşluqdan və sonsuzluqdan başqa həqiqi məna kəsb edə bilməyən məzhəkə, gülünc, acı və haqsız qələbələrin sonluğunda əsl səhnə olması aydın görünür. Bu səhnəyə tamaşa edənlər isə onu yaza bilən və yaradan yazıçılar, bir də rəssamlardı. Yazıçı bütün hallarda müşahidəçi, izləyici, mühafizəçi olmaqla, xalqı qaranlıqdan işıqlığa aparan yol kimidir. O yol ki, orda xalqın gözü var, ürəyi var.

Hər bir insan öz yaddaşının məhsuludur.  Xalqın maddiləşmiş yaddaşı isə onun ədəbiyyatıdır.  Məhz ədəbiyyatı xalq yox, ədəbiyyat xalqı yaradır. Bu gün ədəbiyyatımızın yaratdığı görkəmli nümayəndələrinin sırasında  əsərlərini sevə-sevə oxuduğumuz  Hüseynbala Mirələmov da var. O, həm düşünən, həm də düşündürən  yazıçıdır.