usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Aqroservis MMM–in baş ofisində görkəmli dövlət xadimi İrşad  Əliyevin 80 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib

details

CƏMİYYƏT

08.07.2024, 13:21 Oxunub: 4029

"HH Group"un prezidenti Hüseyn Hüseynovun təşəbbüsü ilə Aqroservis MMM–in baş ofisində  Azərbaycan Respublikasının sabiq Kənd Təsərrüfatı naziri, görkəmli dövlət xadimi, dəyərli ziyalı İrşad  Əliyevin 80 illik yubileyinə həsr edilmiş "Azərbaycanın kənd təsərrüfatı dünən, bu gün və sabah" adlı elmi-praktiki konfrans keçirilib. 

Aqroservis MMM-in rəhbəri və  "HH Group"- un prezidenti Hüseyn Hüseynov İrşad Əliyevi və konfrans iştirakçılarını salamlayaraq  bildirib ki, uzun illər ən məsul dövlət vəzifələrində çalışaraq ölkəsinə, elinə-obasına yorulmadan xidmət edən vətənpərvər ziyalı İrşad Əliyevin 80 illiyinə həsr olunmuş konfransda iştirakçılar  sərbəst düşüncə, təəsürat və təkliflərini paylaşa bilərlər. Səslənən təkliflər qeyd olunaraq müvafiq ünvana- Kənd Təsərrüfatı Nazirliyinə  göndəriləcəkdir. 


 Hüseyn Hüseynov çxışında  Azərbaycan 2-ci dəfə müstəqillik qazandıqdan sonra - ən çətin illərdə kənd təsərrüfatı naziri olmuş İrşad Əliyevi  konfrans iştirakçıları adından yubiley münasibətilə təbrik edərək ona möhkəm can sağlığı arzu etdi. Ardınca yubilyar  haqqında videorolik nümayiş olundu.  İrşad Əliyevin həyat və  fəaliyyətini əks etdirən videorolikdən sonra çıxışına davam edən Hüseyn Hüseynov bir daha İrşad Əliyevi Azərbaycanda  aqrar sahəni çox yaxşı bilən və  gələcək perspektivlərini goğru-dürüst qiymətləndirməyi, analiz etməyi bacaran bir insan kimi tanıdığını vurğulayaraq ona söz verdi.

İrşad Əliyev: -Bu gün Sizinlə görüşmək mənim üçün həddindən artıq xoşdur. Mövzuyla bağlı fikrimi bilmək istəyirsinizsə, əvvəla,  gərək bir suala aydınlıq gətirək:  kənd təsərrüfatı nədir? Kənd təsərrüfatı insan dünyaya gələndən bəri onun ehtiyacını ödəyən,  həyat fəaliyyətini hərtərəfli təmin edən mühüm bir sahədir. Bilirsiz ki, Azərbaycan qədim insanların yaşadığı ilk ölkələrdən, məkanlardan  biridir. Deməli,  kənd təsərrüfatının tarixi də Azərbaycanda  çox qədimlərə gedib çıxır. Min il bundan qabaq da bizim alimlərin axtarışı ilə, qazıntılarla sübut olunub ki, Azərbaycanda taxıl, üzüm, pambıq heyvandarlıq məhsulları istehsal olunub və həmişə əhalinin ehtiyacını ödəyib. Mərhələlərə bölsək, kənd təsərrüfatının  keçmişini bu cür müəyyənləşdirmək olar. Kənd təsərrüfatına, torpağa olan münasibət hər bir ictimai formasiyanın öz qanunları ilə tənzimlənib, onlarla idarə olunub, onlarla inkişaf edib. Hər cəmiyyətin özünün daxilində ziddiyyətlər olub, o ziddiyyətlər böyüyüb, bəzən o ziddiyyətlərin hərəkətverici qüvvələri o formasiyanı dəyişib və eyni zamanda  da kənd təsərrüfatı sahəsinin inkişafına çox böyük təkan verib. Daş və kəsəknən işlənən dövrdən  gəlib bu günkü yüksək inkişafa çata bilmişik.  
Bilirsiniz, kənd təsərrüfatı olduqca ağır sahədir. Ona  iqlim də təsir edir. dövlətin quruluşu, onun texniki səviyyəsi də... Bir sözlə, bu,  çox şeydən asılıdır. Azərbaycanda kənd təsərrüfatının inkişafı, təşəkkül tapması Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dövründə kənd təsərrüfatına kompleks yanaşma olub.  Bu barədə kitab da yazdıq:  “Heydər Əliyev və Azərbaycan  kənd təsərrüfatı”. Bu kitabda Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən 86-cı ilə qədər bütün sahələr üzrə təhlillər aparılıb, rəqəmlər dəqiqləşdirilib. 
Bu gün Prezident İlham Əliyev ən böyük problemi həll edib - torpağımızın bütövlüyü təmin edilib. Dövlət başçımız bütün sahələrə olduğu kimi, kənd təsərrüfatına da xüsusi diqqətlə yanaşır. Məhsulun hərəkəti üçün imkanlar çoxalıb. Qablaşdırma və çeşidləşdirməni daha da  dərinləşdirməklə,  mən  belə düşünürəm ki, dünyanın istənilən ölkəsinə Azərbaycan məhsulunu nəql etmək mümkündür. Bu gün kolxoz-sovxoz dövrünün əhval-ruhiyyəsi ilə yaşamaq olmaz. Bu, bizə xeyir verməz. İndi irəliyə baxıb çalışmalıyıq. Azərbaycan kəndlisinə, eləcə də alimlərimizə arzum odur ki, uzağı yaxşı görəsiniz, çalışıb buna nail olasınız. 

Hüseyn Hüseynov: İrşad müəllim, öz təcrübənizi bölüşərək  bizi uzaq illərə götürdüyünüz üçün təşəkkür edirəm. Bugünkü tədbirdə həm gənc aqronomlarımız, həm də sizin dövrünüzdə fəaliyyət göstərmiş alimlərimiz iştirak edirlər. Onların da deməyə sözü çoxdur...

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi  Zeynal Əkbərov: - Çox hörmət bəslədiyim alim, ziyalı, nazir İrşad Əliyevə həsr olunmuş konfransa dəvətə  görə Hüseyn müəllimə təşəkkür edirəm. İrşad müəllim Azərbaycanın kənd təsərrüfatında özünəməxsus mövqeyi olan, öz dəsti-xətti olan, bu sahədə yorulmaq bilməyən, bu işə yaradıcı yanaşan bir insan olub. O, müxtəlif sahələrdə çalışıb, amma həmişə Vətənə ürəklə, sevgi ilə xidmət eləyib. Kənd təsərrüfatı naziri kimi fəaliyyəti  çox çəin bir dövrə təsadüf edir. Azərbaycan yenicə müstəqillik əldə etmişdi, çox çətin keçid dövrü idi- torpaq islahatı vaxtı idi. O, həmişə aqrar sahəyə bağlı bir insan olub. Çörəyin, zəhmətin nə olduğunu yaxşı bilib. O çətin dövrdə kənd təsərrüfatı naziri kimi işə başlayanda biz onun ətrafında idik.Onun ideyalarının həyata keçməsində, qarşıya qoyulan məsələlərin həllində  ona dəstəkçi idik. O dövrdə nazirlikdə bir qrup yaratmışdı. Orda dünyada olan yeniliklər öyrənilir və  onların tətbiqi müzakirə olunurdu. Bəzən mübahisələrimiz də olurdu. Bu, onun uzaqgörənliyindən irəli gəlirdi. O vaxt elmi yenilklər, beynəlxalq səviyyədə aparılan işlər Azərbaycanda tətbiq edilməsəydi, islahatlar həyata keçirilməsəydi,  bu gün bizdə belə bolluq olmaz, ərzaq təminatımız yaranmazdı.  Elm və istehsalat bir-biriylə qarşııqlı vəhdət təşkil etməlidir. Yoxsa inkişaf ola bilməz. Mən bu gün Hüseyn müəllimə ona görə təşəkkür edirəm ki, belə bir konfransı keçirməklə gənc alimlərin, aqrar sahədə çalışanların  İrşad müəllimin  təcrübəsindən yararlanmasına kömək etmiş oldu.  

Əməkdar kənd təsərrüfatı  İşçisi Məmmədəli Dünyamalıyev:- Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə 1994-cü il oktyabrın 14-də İrşad Nadir oğlu Əliyev Azərbaycan Respublikası Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edildi. Belə mürəkkəb bir dövrdə Heydər Əliyev ona inanmışdı, güvənmişdi. İrşad müəllimin  nazirliyə rəhbərlik etməsi qısa müddətdə ölkədə torpaq islahatlarının uğurla aparılmasına təkan verdi. İrşad Əliyev kəndin və kəndlinin tərəqqi etməsi, torpağı becərməsi sayəsində rifah içində yaşaması üçün çox işlər gördü. Biz onun gecə-gündüz bu sahədə yorulmdan necə böyük əzmlə, həvəslə işlər gördüyünün şahidiyik. Hər zaman yeni texnologiyaların tətbiqində, öyrənilib istifadə edilməsində maraqlı idi. Mütləq qeyd etməliyik ki, həmin illərdə xeyli sayda bu sahə üzrə alimlər, mütəxəssislər yetişdi. 1994-2004 –cü illər Azərbaycanda kənd təsərrüfatının inkişafında böyük dönüş oldu. Bunun nəticəsində hazırda biz dünya standartlarına uygun meyvə-tərəvəz istehsal edə bilirik. 

Əməkdar kənd təsərrüfatı  İşçisi Camal Quliyev: - İrşad müəllim, həqiqətən də, canlı ensiklopediyadır. Onunla  belə görüşlər nə qədər çox olsa, o qədər yaxşıdır. Konfrans iştirakçıları adından Hüseyn müəllimə təşəkkür edirəm ki, belə bir  görüşü  təşkl edib. Bu söhbətlərdən, əminəm ki, hamı öz  gələcək inkişafı üçün, gələcək perspektivi üçün kifayət qədər yararlana bildi, istiqamət götürə bildi. Bu, çox yaxşı haldır. Və bir önəmli məqamı da demək istəyirəm:  bu gün kənd təsərrüfatımız yenə də inkişaf edir.  Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanın orqanik əkinçilik sahəsindəki uğurları, sahib olduğu təcrübə nə Avropa ölkələrində, nə də Amerikada vardır. Kənd təsərrüfatında islahatların uğurla aparılması ölkəmizin iqtisadi gücünün daha da artmasına, insanlarımızın rifahının yüksəlməsinə öz töhfəsini verəcək.

Daha sonra digər alimlər, mütəxəsislər çıxış edərək konfransın mövzusu ətrafında geniş diskussiya apardılar, fikirlərini və rəylərini bidirib təkliflərini səsləndirdilər. 
"Azərbaycanın kənd təsərrüfatı dünən, bu gün və sabah" adlı konfransın İrşad Əliyevin 80 illiyinə həsr olunması iştirakçılar tərəfindən bir daha  alqışlandı. Sonda “HH Group”- un prezidenti Hüseyn Hüseynov yubilyarı  tədbir iştirakçıları adından xoş sözlərlə təbrik edərək xüsusi zövqlə işlənmiş portreti ona hədiyyə etdi. 

Qeyd edək ki, müntəzəm olaraq bu kimi mövzularda konfrans və seminarlar keçirən "HH Group" Azərbaycanda Aqroservis, Pakservis, Aqrolayn, Aqrolink və Aqria məhdud məsuliyyətli cəmiyyətləri ilə təmsil edilir. 
Əsas fəaliyyəti toxumluq və ərzaqlıq kartof,  tərəvəz və şitil istehsalı, Avropa ölkələrindən toxum, pestisid (bitki dərmanları), gübrə, kənd təsərrüfatı maşınları və avadanlıqlarının təchizat,  çeşidləmə, yuma və qablaşdırma mərkəzlərinin açar təhvili xidməti, yeni texnologiyaların nümayişi və fermerlərə texniki dəstəkdən ibarətdir.

 

Kəmalə Mirzəyeva
 

Digər xəbərlər