ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Qaraciyərin piylənməsi. Səbəblər, fəsadlar- MÜALİCƏ
SAĞLAMLIQ
16.04.2024, 14:48 Oxunub: 1339Qaraciyərin piylənməsi zamanı qara ciyərdə artıq piy yığılır.
Nəticədə burada iltihab yaranır, qaraciyərin hüceyrələri tədricən birləşdirici toxuma ilə əvəz olunmağa başlayır (buna "fibroz" deyilir). Bütün bunlar qara ciyərin funksiyalarını pozur. Qaraciyər çox vacib orqandır. Bu orqanda olan istənilər pozulmalar bütün orqanizmin fəaliyyətinə mənfi təsir edir.
Xoşbəxtlikdən, qaraciyər çox yüksək özünü bərpa etmək xüsusiyyətlərinə malikdir. Müəyyən pəhriz və müalicə tədbirləri qaraciyərin piylənməsini dayandıra bilər və qaraciyər öz funksiyalarını bərpa edə bilər. Lakin gecikmiş mərhələlərdə qaraciyərin piylənməsi fonunda xroniki hepatit (qaraciyərin iltihabı), sirroz və qaraciyərin xərçəngi inkişaf edə bilər.
Qaraciyərin piylənməsin çox yayılmış pozulmadır. Bu pozulmaya həm kişilərdə, həm də qadınlarda rast gəlinir.
1001info.az Saglamolun.az-a istinadən bildirir ki, xəstəliyin əsas səbəblərindən biri spirtli içkilərin və yağlı, şirin qidaların həddindən artıq qəbulu sayılır.
Digər səbəblər arasında:
- natamam qidalanma (zülallar və ya vitaminlərin çatışmazlığı)
- mübadilə proseslərinin pozulması
- sürətli arıqlana
- xroniki zəhərlənmələr (ziyanlı istehsalatlarda və s.)
- şəkərli diabet və tireotoksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə bağlı olunan pozulma)
- virus hepatitləri
- dərman preparatların qəbulu
- qanda dəmirin yüksək olması (genetik pozulma)
- artıq çəki və piylənmə.
İlk mərhələlərdə xəstəlik özünü heç bir əlamətlə büruzə verməyə bilər. Əvvəl xəstəni bu kimi simptomlar narahat edə bilər: həzmin pozulması, ürəkbulanması, bəzən qusma, sağ qabırğaaltı nahiyəsində ağırlıq. Əksər hallarda insan buna fikir vermir və ya digər pozulmalarla əlaqələndirir (zəhərlənmə, qidanın həddən artıq qəbulu və s.). Xəstəlik inkişaf etdikcə zəiflik, səbəbsiz yorğunluq, əmək qabiliyyətinin azalması, sağ qabırğaaltı nahiyəsində ağrılar, boyun və qoltuğaltı nahiyələrində tünd ləkələrin əmələ gəlməsi kimi simptomlar meydana çıxır. Xəstənin qara ciyəri böyüyür.
Xəstəliyin ilk simptomlarında dərhal həkimə müraciət etmək lazımdır. Xəstəliyin diaqnostikası və müalicəsi ilə hepatoloq məşğul olur.
Diaqnozun təsdiqləşdirilməsi üçün xəstəyə qan analizi və qarın boşluğunun USM-i təyin olunur. Bəzən xəstəyə qara ciyərin biopsiyası təyin oluna bilər. Biopsiya zamanı qara ciyərin mikroskopik toxuması nazik iynə ilə götürülür və mikroskop altında müayinə olunur.
Qara ciyərin piylənməsinin müalicəsi uzunmüddətli olur. Xəstə spirtli içkilərdən tam, xüsusi pəhriz saxlamalıdır. Qidalanmadan bütün yağlı, qızardılmış, çox şirin məhsullar, konservlər, ədviyyatlı qidalar, yağlı kremlər çıxarılmalıdır. Xəstə yağsız bişmiş ət, balıq, təzə meyvə-tərəvəz, süd məhsulları yeməlidir. Pəhrizdən əlavə xəstəyə müalicə təyin olunur - qara ciyərin bərpasına kömək edən preparatlar, vitaminlər, bəzi xalq təbabəti vasitələri (itburnu, qanqal, solmaz çiçəyi). Həmçinin xəstə fiziki aktiv olmalı, idmanla məşğul olmalıdır (lakin ağır fiziki yükləmələ əks-göstərişdir). Açıq havada gəzintilər, üzgüçülük xüsusilə xeyirlidir.