ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Qismətimin toruna,
Balıq yox, nağıl çıxdı...
ƏDƏBİYYAT
10.05.2024, 14:22 Oxunub: 27521001info.az Qalib Şəfahətin şeirini təqdim edir.
GÜN KEÇİRƏK
Halımı soruşmusan,
Sag ol!
Mən də yaxşıyam.
Darıxmağım ta keçib,
Həsrətinlə qonşuyam.
Bir-birmizin evinə,
Hər gün gedib gəlirik.
Gündüzlər söhbət edir,
Gecələr dincəlirik.
Sən də özünü üzmə,
Özünə babat iş tap.
Gördün ki, darıxırsan,
Bir təhər başını qat.
Çalışıb yola verək,
Beləcə gün keçirək.
Sevincə bayram olsun,
Həsrətdən pay gətirək.
Ərköyün böyümüşdü,
Dərdlərim fağır çıxdı.
Qismətimin toruna,
Balıq yox, nağıl çıxdı.