usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 21°C 5.27 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır

details

CƏMİYYƏT

28.01.2025, 17:25 Oxunub: 990


Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır


Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılacaq.

1001info.az  Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Yeni ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğun olaraq mühəndislik, tikinti, logistika, İT və proqramlaşdırma, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi, iqtisadiyyat və sosial sahələrdə kadrlar hazırlanacaq.

"2025/2026-cı tədris ilindən etibarən universitetdə tədris prosesi təhsil sahəsində beynəlxalq səviyyədə tanınmış təşkilatların reytinqində top-1000-ə daxil olan və Türkiyənin aparıcı ali təhsil müəssisələrinin tədris proqramları əsasında təşkil olunacaq", - sənəddə qeyd olunub.

Türk Dövlətləri Beynəlxalq Universitetində tələbələrin təhsili ödənişli müqavilə əsasında həyata keçiriləcək, qəbul parametrləri və ödənişli müqavilənin məbləğini universitetin özü müəyyən edəcək.

Ali təhsil müəssisəsinin fəaliyyətinin təşkili və əlaqələndirilməsi üçün idarəetmə şurası yaradılacaq (“Report”).
 

Digər xəbərlər