usd-1.7000 eur-1.7825 rub-1.5962
Bakı 8°C 3.95 m/s
Son xəbərlər
02-12-2024
27-11-2024
26-11-2024
23-11-2024
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Vitaminsizlik bir bəla, çox vitamin isə min...

details

SAĞLAMLIQ

31.03.2024, 12:30 Oxunub: 1997

Vitaminsizlik bir bəla, çox vitamin isə min... - Təhlükəli hüceyrələri oyadır

Vitamin-insan orqanizminin normal inkişafı üçün vacibdir. Vitamin əksikliyi nəticəsində isə vücudda bir sıra problemlər baş qaldırmağa başlayır.
Son zamanlar "Vitaminin zərəri yoxdur", "Xəstələnməmək üçün vitamin qəbulu şərtdir", "Uşağım yaxşı yemir, vitamin almalıyam" düşüncəsi ilə özbaşına vitamin qəbulu halları artıb.

1001info.az Medicina.az-a istinadən bildirir ki, terapevt-qastroenteroloq Mətanət Cəfərova vitaminlərin özbaşına qəbulunun yolverilməz olduğunu bildirib:
"Xüsusilə də yaşlı adamlarda. 65 yaş üzərindəki insanlara vitamin tərkibli dərmanların istifadəsinə icazə verilmir. Çünki vitaminlər, o  bədəndə yatmış olan hansısa xərçəng hüceyrəsini oyatmaq qabiliyyətinə malikdir. Həkim məsləhəti olmadan vitamin qəbulu düz deyil. Tərkibinin miqdarı gündəlik vitamin ehtiyacından da az olan vitaminlərin bir zərəri dəyməz. Amma ciddi tərkibi olan vitaminlərin, xüsusilə  B, A, E, D vitamininin qəbulu həkim göstərişi olmadan yolverilməzdir".
Vitamin çatışmazlığının özünəməxsus əlamətlərinin olduğunu əlavə edən M. Cəfərova hansı problemlərin hansı vitamin əksikliyindən yarandığını açıqlayıb:
"A vitamini çatışmazlığı xüsusilə görməyə təsir edir. Gözün zəifləməsinə səbəb olur. B12 vitamin çatışmazlığı yaddaşsızlığa, qanazlığına səbəb ola bilər.
D vitamini çatışmadıqda əzələ yorğunluğu, sümük ağrıları, tez yorulma halları baş verə bilər.
K vitamini çatışmazsa, bədən qanaxmalara meyilli ola bilər. Qan yaranma sistemində pozğunluqlar yarana bilər.
Qaraciyər üçün çox vacib olan vitamin E-dir. Bunu yenə də həkim təyin etməlidir. Bu vitamin çatışmadıqda yumurta hüceyrəsində spermatazoidin  inkişafının ləngiməsinə səbəb olur. E vitaminindən hədsiz çox istifadəsi qaraciyərdə hepatitin yaranmasına da gətirib çıxara bilər.
C vitamini çatışmadıqda immun sistemi zəif olur. Xəstəlik, virusa yoluxma halları artır. Miqdarı çox olduqda laxtalanma sisteminə təsir edir. Bu səbəbdən həkim göstərişi olmadan qəbul etmək olmaz, xüsusilə də C vitamini iynələri".
Həkim hazırda insanların ən çox həkim müayinəsi olmadan B12 iynələrini vurdurduğunu qeyd edib:
"Hansısa B12-lərin qəbulu yatmış hüceyrələri oyada bilər və xərçəng yaranmasına səbəb ola bilər. Xüsusilə də qan xərçəngi. Bunun üçün vitamin qəbul edən zaman insanlar çox ehtiyatlı olmalıdırlar".

Digər xəbərlər